WhatsApp-da yenilik: Söhbət pəncərəsinə girmədən media fayllarına baxmaq mümkün olacaq

WhatsApp istifadə təcrübəsini daha da rahatlaşdırmaq üçün növbəti faydalı funksiyanı istifadəyə verməyə hazırlaşır.
Platformanın iOS əməliyyat sistemi üçün nəzərdə tutulan 26.34.74 nömrəli yeni versiyasında söhbət siyahısı üçün xüsusi media önizləmə imkanı sınaqdan keçirilir.
Yeniliyin əsas üstünlüyü odur ki, artıq hər hansı bir chat-a daxil olmadan gələn şəkilləri, videoları və ya stikerləri birbaşa əsas səhifədə – söhbətlər siyahısında kiçik formatda görmək mümkün olacaq. Bu, xüsusilə vaxta qənaət etmək istəyənlər üçün yazışmaları idarə etməyi xeyli asanlaşdıracaq.
Tərtibatçılar hələlik bu funksiyanı məhdud sayda istifadəçi üzərində mərhələli şəkildə yoxlayırlar. Yaxın gələcəkdə yeniliyin bütün iOS istifadəçiləri üçün əlçatan olacağı gözlənilir.

 (1)_1786444122.webp)