• Ana Səhifə
  • Haqqımızda
  • Vakansiyalar
  • Videolar
  • Podcast
  • Tədbirlər
F
Fondera

Ünvan: N.Nərimanov Əhməd Rəcəbli

Telefon: +994 51 698 92 05

E-poçt: office@markup.az

LinkedinFacebookinstagramYoutube

Linklər

  • Haqqımızda
  • Əlaqə
  • Çerezlərdən istifadə şərtləri
  • İstifadəçi Şərtləri
  • Məxfilik Siyasəti

Kateqoriyalar

  • Videolar
  • Podkastlar
  • Vakansiyalar

Abunəlik

Bülletenimizə abunə olun və ən yeni yeniləmələrimizi birbaşa gələnlər qutunuzda əldə edin.

© 2026, Fondera

Design by Markup Agency

Ana SəhifəStartUpBaku ID 2026-da Azərbaycanın bacarıq ekosisteminin təhlili təqdim edildi
StartUp

Baku ID 2026-da Azərbaycanın bacarıq ekosisteminin təhlili təqdim edildi

18 Sep,2026164 baxış
Paylaş:
Baku ID 2026-da Azərbaycanın bacarıq ekosisteminin təhlili təqdim edildi

“Baku ID 2026” innovasiya festivalı çərçivəsində “SABAH.city” innovasiya şəhərciyində “Azərbaycan Bacarıqlar Akseleratoru” mövzusunda panel keçirilib. Tədbir İqtisadiyyat Nazirliyi yanında Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) tərəfindən təşkil olunub.

Panelin mövzusu Dördüncü Sənaye İnqilabı dövründə bacarıq prioritetlərinin müəyyənləşdirilməsində dövlət-özəl sektor əməkdaşlığının gücləndirilməsi olub. Həmsədrlər qismində iqtisadiyyat naziri Mikayıl Cabbarov, elm və təhsil naziri Emin Əmrullayev, SOCAR-ın prezidenti Rövşən Nəcəf və PAŞA Finance Holding-in icraçı direktoru Fərid Məmmədov çıxış edib. Moderator Dünya İqtisadi Forumunun Bacarıqlar Akseleratoru Təşəbbüsünün nümayəndəsi Alison Eaglesham olub.

Panel çərçivəsində Azərbaycanın bacarıq ekosisteminin təhlili nəticələri açıqlanıb. Təhlil əmək bazarının dinamikasını, mövcud bacarıq boşluqlarını, rəqəmsal və yaşıl keçid üçün tələb olunan kompetensiyaları, həmçinin işçi qüvvəsinin mobilliyini əhatə edib.

Nəticələrə görə, Azərbaycanda dayanıqlılıq, dəyişikliyin idarə olunması, strateji düşüncə və öyrənməyə açıqlıq istiqamətlərində güclü insan resursu bazası formalaşıb. Diqqət mərkəzində saxlanılan sahələr isə süni intellekt, data, kibertəhlükəsizlik, tətbiqi rəqəmsal bacarıqlar və yaşıl bacarıqlardır.

Alison Eaglesham innovasiya iqtisadiyyatının qurulması üçün yalnız texnoloji startapların və investisiyaların kifayət etmədiyini vurğulayıb. “Future of Jobs” hesabatına istinadən o bildirib ki, işəgötürənlərin 60 faizi bacarıq çatışmazlığını biznesin transformasiyası qarşısındakı əsas maneə hesab edir.

Fərid Məmmədov isə süni intellektə texnoloji təşəbbüsdən çox insan təşəbbüsü kimi baxmağın vacibliyini qeyd edib. Onun sözlərinə görə, məhsuldarlığın artması ilə kifayətlənib innovasiya mərhələsinə keçilmədikdə, nəticə yalnız xərclərin azalması və proseslərin sadələşdirilməsi ilə məhdudlaşır.

“Azərbaycan Bacarıqlar Akseleratoru” 2025-ci ilin noyabrında Dünya İqtisadi Forumunun Qlobal Akselerator Şəbəkəsinin bir hissəsi kimi işə salınıb. Şəbəkə 45-dən çox ölkəni əhatə edir və rəqəmsal bacarıqların inkişafı çərçivəsində təxminən 15 milyon insan ondan faydalanır.

Oxşar Məqalələr

Layihənizi və potensial razılaşma proseslərini idarə edə biləcəyiniz platforma: Pipedrive
StartUp

Layihənizi və potensial razılaşma proseslərini idarə edə biləcəyiniz platforma: Pipedrive

18 Feb,2025

Finsmart AI, ENA Venture Capital-dan 90 milyon TL dəyərində investisiya aldı
StartUp

Finsmart AI, ENA Venture Capital-dan 90 milyon TL dəyərində investisiya aldı

18 Feb,2025

DoktorRandevu: Tibb Sektorunda Rəqəmsal İnqilab Yaradan Startap
StartUp

DoktorRandevu: Tibb Sektorunda Rəqəmsal İnqilab Yaradan Startap

22 Feb,2025

Son Xəbərlər

AWS Agentic Football Cup-da 32 komandanın AI agentləri yarışıb

AWS Agentic Football Cup-da 32 komandanın AI agentləri yarışıb

02 Nov,2026

TechConnect Week 2026 Bakıda 2-7 noyabr tarixlərində keçiriləcək

TechConnect Week 2026 Bakıda 2-7 noyabr tarixlərində keçiriləcək

02 Nov,2026

Azərbaycanın startap ekosisteminin dəyəri 600 milyon dollara yaxınlaşır

Azərbaycanın startap ekosisteminin dəyəri 600 milyon dollara yaxınlaşır

02 Nov,2026

Banner