Axtar

Qaralama haqqında

post-title

Azərbaycan və ətraf regionlarda fəaliyyət göstərən startapları bir araya gətirən platforma olaraq, biz yenilikçi bizneslərə dəstək olmaq məqsədilə fəaliyyətə başlamışıq. Platformamızda startap hekayələri, xəbərlər, təhlillər və dəyərli bloq yazıları paylaşılaraq yerli ekosistemin inkişafına töhfə verilir.


Hədəfimiz yalnızca məlumat paylaşımı ilə kifayətlənmək deyil. Startapların inkişafını sürətləndirmək və onların beynəlxalq arenaya çıxışını təmin etmək üçün aşağıdakı istiqamətlərdə fəaliyyət göstəririk:


  • Rəhbər vəzifələrə əməkdaş tapmaq: Pullu vakansiya platformamız vasitəsilə startaplara doğru istedadları tapmaqda kömək edirik.
  • Startapları investorlara bağlamaq: İnvestorlarla startapları bir araya gətirərək, qarşılıqlı faydalı əməkdaşlıqların qurulmasını dəstəkləyirik.
  • Qlobal startap forumları təşkil etmək: Yerli startapların beynəlxalq arenada tanınmasına və qlobal oyunçuların Azərbaycana cəlb edilməsinə şərait yaradırıq.
  • İnnovasiya mərkəzi olmaq: Azərbaycanı qlobal innovasiya xəritəsinə yerləşdirmək üçün çalışırıq.
  • Venture fondu yaratmaq: Bölgənin ən perspektivli startaplarına dəstək olmaq üçün yatırım fondları qurmağı planlaşdırırıq.

Biz inanırıq ki, startaplar yalnız biznes deyil, həm də cəmiyyətin innovativ inkişafının mühərrikidir. Əgər siz də bizimlə birlikdə bu ekosistemin bir hissəsi olmaq istəyirsinizsə, startapınızı təqdim edin, investisiya imkanlarını kəşf edin və ya sadəcə bloqlarımızdan faydalanın.

Gəlin, birlikdə yeniliklərə addım ataq!


Address: N.Nərimanov Əhməd Rəcəbli

Our Email: info@markup.az