NASA Astro Camp proqramına qeydiyyat başladı!
04 Aug,202625 baxış
13–16 yaşlı yeniyetmələr üçün nəzərdə tutulan NASA Astro Camp 2026 proqramına qeydiyyat elan edilib. Üç günlük proqram iştirakçılara robototexnika, mühəndislik və STEM sahələrində praktiki biliklər qazanmaq, komanda layihələrində çalışmaq və real robotlarla işləmək imkanı təqdim edəcək.
Proqram çərçivəsində iştirakçılar müxtəlif mühəndislik tapşırıqlarını yerinə yetirəcək, STEM eksperimentləri aparacaq, robot və mühəndislik modelləri hazırlayaraq onları sınaqdan keçirəcəklər. Eyni zamanda, komanda işi zamanı qarşıya çıxan problemlərə yaradıcı həllər hazırlamaq və innovativ ideyaları reallaşdırmaq bacarıqlarını inkişaf etdirəcəklər.
Təlim müddətində yeniyetmələr həm texniki biliklərini artıracaq, həm də analitik düşünmə, əməkdaşlıq və problem həll etmə kimi vacib bacarıqlarını gücləndirəcəklər.
Proqramı uğurla başa vuran iştirakçılara NASA tərəfindən təsdiqlənmiş rəsmi "NASA Astro Camp 2026 sertifikatı" təqdim olunacaq.
Tarix: 28–30 avqust 2026
Saat: 10:00–16:00
Yaş həddi:13–16 yaş
Müraciət üçün bura klikləyin.
