Yeniliklər

Qaxlı qardaşlar Pekində dünya birincisi oldular!

11 Aug,2026130 baxış
Paylaş:
Qaxlı qardaşlar Pekində dünya birincisi oldular!

Azərbaycanlı gənc robototexniklər beynəlxalq arenada növbəti böyük uğura imza atıblar.

Çinin paytaxtı Pekində keçirilən “RobotChallenge 2026” beynəlxalq robot yarışmasında Azərbaycan komandası ölkəmizi uğurla təmsil edib.

Qax rayonundan olan Fərid Mürşüdlü və Vüqar Mürşüdlü qardaşları, komanda yoldaşları Rza Qasımov ilə birlikdə yarışın “Mini Sumo” kateqoriyasında mübarizə aparıblar.

Gənc robototexniklər güclü rəqibləri geridə qoyaraq kateqoriya üzrə 1-ci yerə layiq görülüblər. Komanda yarışın sonunda qızıl medal qazanaraq “Mini Sumo” üzrə dünya çempionu olub.

Bu nəticə Azərbaycan gənclərinin robototexnika və texnologiya sahəsində beynəlxalq səviyyədə uğur qazana bildiyini bir daha nümayiş etdirir.

Fərid, Vüqar və Rzanı bu möhtəşəm nəticə münasibətilə təbrik edir, qarşıdakı yarışlarda yeni uğurlar arzulayırıq!