Instagram-da yeni funksiya: Tag olunduğunuz paylaşımları profilinizdə göstərə biləcəksiniz

Instagram istifadəçilər üçün yeni funksiya təqdim etməyə hazırlaşır. Artıq tag olunduğunuz paylaşımları öz profilinizdə də göstərə biləcəksiniz.
Yeni funksiya ilə başqa bir hesabın paylaşdığı və sizi tag etdiyi postu yenidən paylaşmadan əsas profil şəbəkənizə əlavə etmək mümkün olacaq. Paylaşımı tag bildirişindən, birbaşa postun özündən və ya “Tagged” bölməsindən profilə əlavə etmək olar.
Paylaşımın orijinalı dəyişməyəcək. Yəni post yenə onu paylaşan şəxsin profilində qalacaq, sadəcə sizin profilinizdə də görünəcək. İstifadəçi istədiyi zaman əlavə etdiyi paylaşımı öz profilindən silə bilər.
Bu yenilik xüsusilə yaradıcılar və müxtəlif paylaşımlarda tag olunan istifadəçilər üçün rahat ola bilər. Beləliklə, maraq doğuran və ya onların iştirak etdiyi paylaşımları ayrıca repost etmədən profil şəbəkəsində göstərmək mümkün olacaq.

 (1)_1786444122.webp)