• Ana Səhifə
  • Haqqımızda
  • Vakansiyalar
  • Videolar
  • Podcast
  • Tədbirlər
F
Fondera

Ünvan: N.Nərimanov Əhməd Rəcəbli

Telefon: +994 51 698 92 05

E-poçt: office@markup.az

LinkedinFacebookinstagramYoutube

Linklər

  • Haqqımızda
  • Əlaqə
  • Çerezlərdən istifadə şərtləri
  • İstifadəçi Şərtləri
  • Məxfilik Siyasəti

Kateqoriyalar

  • Videolar
  • Podkastlar
  • Vakansiyalar

Abunəlik

Bülletenimizə abunə olun və ən yeni yeniləmələrimizi birbaşa gələnlər qutunuzda əldə edin.

© 2026, Fondera

Design by Markup Agency

Ana Səhifəİcmal"Xsolla–IDDA Game Incubation Program 2026" uğurla başa çatdı
İcmal

"Xsolla–IDDA Game Incubation Program 2026" uğurla başa çatdı

22 Jul,2026409 baxış
Paylaş:
"Xsolla–IDDA Game Incubation Program 2026" uğurla başa çatdı
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) ilə qlobal oyun sənayesi şirkəti Xsolla-nın birgə həyata keçirdiyi “Xsolla–IDDA Game Incubation Program 2026" uğurla yekunlaşıb. Proqramın final mərhələsi çərçivəsində keçirilən Demo Day tədbirində iştirakçı komandalar hazırladıqları oyun layihələrini beynəlxalq münsiflər heyətinə təqdim ediblər.

İnkubasiya proqramına ümumilikdə 15 oyun komandası qatılıb. Bir neçə ay davam edən mentorluq və inkişaf mərhələsindən sonra 10 komanda finala yüksələrək layihələrini oyun sənayesinin təcrübəli mütəxəssisləri qarşısında təqdim etmək imkanı əldə edib.

Münsiflər heyətinin qiymətləndirməsinə əsasən, aşağıdakı komandalar qalib elan olunub:

Avalorix Interactive – Fractunum
BloodBuzz Studio – BloodBuzz
VIA Studio – Domino Royale
Massive Dreamers Studio – Hotel California

Qalib komandalar 22–30 avqust 2026-cı il tarixlərində Almaniyanın Köln şəhərində keçiriləcək və dünyanın ən nüfuzlu oyun sənayesi tədbirlərindən biri hesab olunan Gamescom 2026 sərgisində iştirak etmək hüququ qazanıblar. Bu imkan onlara layihələrini beynəlxalq oyun şirkətlərinə, investorlara və nəşriyyatçılara təqdim etməyə, yeni əməkdaşlıqlar qurmağa şərait yaradacaq.

“Xsolla–IDDA Game Incubation Program 2026” çərçivəsində iştirakçılar mentorluq sessiyalarında iştirak edib, beynəlxalq ekspertlərdən rəy alıb və qlobal oyun bazarının tələbləri ilə yaxından tanış olublar. Proqramın əsas məqsədi yerli oyun studiyalarının inkişafını sürətləndirmək, onların beynəlxalq bazarlara çıxışını asanlaşdırmaq və Azərbaycanda oyun ekosisteminin güclənməsinə dəstək vermək olub.

Oxşar Məqalələr

Apple Vision Pro icmalı: Gələcəyin beta sınağı
İcmal

Apple Vision Pro icmalı: Gələcəyin beta sınağı

10 Feb,2024

Starbucks yeni model sınaqdan keçirir
İcmal

Starbucks yeni model sınaqdan keçirir

30 Apr,2026

Azərbaycanda frilanser fəaliyyəti rəsmiləşdirilir!
İcmal

Azərbaycanda frilanser fəaliyyəti rəsmiləşdirilir!

18 Jun,2026

Son Xəbərlər

AWS Agentic Football Cup-da 32 komandanın AI agentləri yarışıb

AWS Agentic Football Cup-da 32 komandanın AI agentləri yarışıb

02 Nov,2026

TechConnect Week 2026 Bakıda 2-7 noyabr tarixlərində keçiriləcək

TechConnect Week 2026 Bakıda 2-7 noyabr tarixlərində keçiriləcək

02 Nov,2026

Azərbaycanın startap ekosisteminin dəyəri 600 milyon dollara yaxınlaşır

Azərbaycanın startap ekosisteminin dəyəri 600 milyon dollara yaxınlaşır

02 Nov,2026

Banner