• Ana Səhifə
  • Haqqımızda
  • Vakansiyalar
  • Videolar
  • Podcast
  • Tədbirlər
F
Fondera

Ünvan: N.Nərimanov Əhməd Rəcəbli

Telefon: +994 51 698 92 05

E-poçt: office@markup.az

LinkedinFacebookinstagramYoutube

Linklər

  • Haqqımızda
  • Əlaqə
  • Çerezlərdən istifadə şərtləri
  • İstifadəçi Şərtləri
  • Məxfilik Siyasəti

Kateqoriyalar

  • Videolar
  • Podkastlar
  • Vakansiyalar

Abunəlik

Bülletenimizə abunə olun və ən yeni yeniləmələrimizi birbaşa gələnlər qutunuzda əldə edin.

© 2026, Fondera

Design by Markup Agency

Ana SəhifəİcmalSOCAR “WIN” Açıq İnnovasiya Proqramına müraciətlər başlayıb
İcmal

SOCAR “WIN” Açıq İnnovasiya Proqramına müraciətlər başlayıb

26 Aug,2026151 baxış
Paylaş:
SOCAR “WIN” Açıq İnnovasiya Proqramına müraciətlər başlayıb
SOCAR enerji sektorunda innovativ texnologiyaların tətbiqini sürətləndirmək məqsədilə “WIN” (What is Next) Açıq İnnovasiya Proqramını elan edib. Proqram çərçivəsində enerji və neft-qaz sənayesində mövcud prosesləri təkmilləşdirə biləcək yeni texnoloji həllərin real mühitdə sınaqdan keçirilməsi nəzərdə tutulur.

“WIN” proqramının əsas məqsədi neft-qaz əməliyyatlarının səmərəliliyini artıran, təhlükəsizliyi gücləndirən və enerji keçidinə töhfə verən innovativ həlləri müəyyənləşdirmək və onların SOCAR ekosistemində tətbiq imkanlarını yoxlamaqdır.

Proqram çərçivəsində süni intellekt, rəqəmsallaşma, məlumat analitikası, aşağı karbonlu texnologiyalar və əməyin mühafizəsi, sağlamlıq və təhlükəsizlik (HSE) istiqamətlərində hazırlanmış layihələrə üstünlük veriləcək.

Seçilmiş layihələr üçün 20 min ABŞ dollarınadək sınaq büdcəsi nəzərdə tutulur. İştirakçılar maliyyə dəstəyi ilə yanaşı, SOCAR-ın mütəxəssisləri ilə birgə işləmək və texnoloji həllərini real sənaye mühitində sınaqdan keçirmək imkanı əldə edəcəklər.

Proqrama dünyanın istənilən nöqtəsindən startaplar, texnologiya şirkətləri və fərdi innovatorlar müraciət edə bilər. İştirak üçün təqdim olunan həllərin enerji sektorunda real problemlərin həllinə və əməliyyatların təkmilləşdirilməsinə yönəlməsi gözlənilir.

Namizədlər 12 sentyabr 2026-cı il tarixinədək rəsmi müraciətlərini aşağıdakı platforma üzərindən göndərə bilərlər:

win.socar.az

Oxşar Məqalələr

Apple Vision Pro icmalı: Gələcəyin beta sınağı
İcmal

Apple Vision Pro icmalı: Gələcəyin beta sınağı

10 Feb,2024

Starbucks yeni model sınaqdan keçirir
İcmal

Starbucks yeni model sınaqdan keçirir

30 Apr,2026

Azərbaycanda frilanser fəaliyyəti rəsmiləşdirilir!
İcmal

Azərbaycanda frilanser fəaliyyəti rəsmiləşdirilir!

18 Jun,2026

Son Xəbərlər

AWS Agentic Football Cup-da 32 komandanın AI agentləri yarışıb

AWS Agentic Football Cup-da 32 komandanın AI agentləri yarışıb

02 Nov,2026

TechConnect Week 2026 Bakıda 2-7 noyabr tarixlərində keçiriləcək

TechConnect Week 2026 Bakıda 2-7 noyabr tarixlərində keçiriləcək

02 Nov,2026

Azərbaycanın startap ekosisteminin dəyəri 600 milyon dollara yaxınlaşır

Azərbaycanın startap ekosisteminin dəyəri 600 milyon dollara yaxınlaşır

02 Nov,2026

Banner