• Ana Səhifə
  • Haqqımızda
  • Vakansiyalar
  • Videolar
  • Podcast
  • Tədbirlər
F
Fondera

Ünvan: N.Nərimanov Əhməd Rəcəbli

Telefon: +994 51 698 92 05

E-poçt: office@markup.az

LinkedinFacebookinstagramYoutube

Linklər

  • Haqqımızda
  • Əlaqə
  • Çerezlərdən istifadə şərtləri
  • İstifadəçi Şərtləri
  • Məxfilik Siyasəti

Kateqoriyalar

  • Videolar
  • Podkastlar
  • Vakansiyalar

Abunəlik

Bülletenimizə abunə olun və ən yeni yeniləmələrimizi birbaşa gələnlər qutunuzda əldə edin.

© 2026, Fondera

Design by Markup Agency

Ana SəhifəYeniliklərRəqəmsal səyyah statusu Miqrasiya Məcəlləsində təsbit edilir
Yeniliklər

Rəqəmsal səyyah statusu Miqrasiya Məcəlləsində təsbit edilir

23 Oct,202679 baxış
Paylaş:
Rəqəmsal səyyah statusu Miqrasiya Məcəlləsində təsbit edilir

Azərbaycanda rəqəmsal səyyah statusu rəsmi hüquqi çərçivəyə salınır. Prezidentin 22 oktyabr 2026-cı il tarixli fərmanları ilə Miqrasiya Məcəlləsinə edilən dəyişikliklər bu statusun məzmununu müəyyən edir.

Rəqəmsal səyyah dedikdə rəqəmsal texnologiyalar, süni intellekt, kibertəhlükəsizlik və innovasiya sahələrində uzaqdan işləyən, gəlirini yalnız xarici mənbələrdən əldə edən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər nəzərdə tutulur.

Bu kateqoriyaya aid şəxslər üçün ezamiyyət vizası, həmçinin müvəqqəti və daimi yaşayış icazəsi alma imkanı nəzərdə tutulub.

Yaşayış icazəsi almaq üçün iki əsas şərt müəyyən edilib: vergi uçotuna durmaq və texnologiyalar parkının rezidenti qismində fəaliyyət göstərmək. Eyni zamanda xarici mənbələrdən sabit gəlir əldə olunmasına dair tələblər də qoyulur.

Dəyişikliklərlə rəqəmsal səyyahlar və rəqəmsal sahələr üzrə yüksəkixtisaslı miqrantlar barədə icbari dövlət sosial sığortası müddəaları dəqiqləşdirilib.

Yüksəkixtisaslı miqrantlara ayrıca güzəşt tətbiq olunur: xaricdəki qeyri-rezident işəgötürənlərlə bağlanan əmək müqavilələri üzrə xarici mənbələrdən əldə edilən gəlir 20 il müddətinə gəlir vergisindən azad ediləcək.

Frilanserlər və rəqəmsal səyyahlar texnologiyalar parkının rezidenti ola biləcək. Fəaliyyət istiqamətləri arasında proqram təminatı və sistem inteqrasiyası, süni intellekt, kibertəhlükəsizlik, robototexnika, bulud texnologiyaları və oyun texnologiyaları göstərilib.

Rezidentlik üzrə qeydiyyat elektron qaydada, "mygov biznes" platforması vasitəsilə aparılacaq. Yeni qaydalar 2027-ci il yanvarın 1-dən qüvvəyə minir.

Oxşar Məqalələr

WhatsApp Web-də brauzerdən səsli və görüntülü zəng funksiyası istifadəyə verildi
Yeniliklər

WhatsApp Web-də brauzerdən səsli və görüntülü zəng funksiyası istifadəyə verildi

31 Jul,2026

NASA Astro Camp proqramına qeydiyyat başladı!
Yeniliklər

NASA Astro Camp proqramına qeydiyyat başladı!

04 Aug,2026

Qaxlı qardaşlar Pekində dünya birincisi oldular!
Yeniliklər

Qaxlı qardaşlar Pekində dünya birincisi oldular!

11 Aug,2026

Son Xəbərlər

AWS Agentic Football Cup-da 32 komandanın AI agentləri yarışıb

AWS Agentic Football Cup-da 32 komandanın AI agentləri yarışıb

02 Nov,2026

TechConnect Week 2026 Bakıda 2-7 noyabr tarixlərində keçiriləcək

TechConnect Week 2026 Bakıda 2-7 noyabr tarixlərində keçiriləcək

02 Nov,2026

Azərbaycanın startap ekosisteminin dəyəri 600 milyon dollara yaxınlaşır

Azərbaycanın startap ekosisteminin dəyəri 600 milyon dollara yaxınlaşır

02 Nov,2026

Banner