• Ana Səhifə
  • Haqqımızda
  • Vakansiyalar
  • Videolar
  • Podcast
  • Tədbirlər
F
Fondera

Ünvan: N.Nərimanov Əhməd Rəcəbli

Telefon: +994 51 698 92 05

E-poçt: office@markup.az

LinkedinFacebookinstagramYoutube

Linklər

  • Haqqımızda
  • Əlaqə
  • Çerezlərdən istifadə şərtləri
  • İstifadəçi Şərtləri
  • Məxfilik Siyasəti

Kateqoriyalar

  • Videolar
  • Podkastlar
  • Vakansiyalar

Abunəlik

Bülletenimizə abunə olun və ən yeni yeniləmələrimizi birbaşa gələnlər qutunuzda əldə edin.

© 2026, Fondera

Design by Markup Agency

Ana SəhifəİcmalKartdan-karta köçürmələrə yeni limitlər tətbiq edildi
İcmal

Kartdan-karta köçürmələrə yeni limitlər tətbiq edildi

03 Aug,2026181 baxış
Paylaş:
Kartdan-karta köçürmələrə yeni limitlər tətbiq edildi

Azərbaycanda kartdan-karta (card-to-card) pul köçürmələri ilə bağlı yeni qaydalar qüvvəyə minib. Avqustun 1-dən etibarən tətbiq olunan dəyişikliklər köçürmə əməliyyatlarının daha təhlükəsiz və şəffaf şəkildə həyata keçirilməsini hədəfləyir.

Yeni qaydalara əsasən, bir bank kartı vasitəsilə gün ərzində maksimum 5 köçürmə göndərmək və 5 köçürmə qəbul etmək mümkün olacaq. Bundan əlavə, kartdan-karta köçürmələrin aylıq ümumi limiti 20 000 manat olaraq müəyyən edilib.

Qeyd edək ki, müştərinin öz adına olan bank kartları arasında etdiyi köçürmələr bu məhdudiyyətlərə aid edilmir. Yəni eyni şəxsə məxsus kartlar arasında vəsait köçürmək əvvəlki qaydada davam edəcək.

Mərkəzi Bankın açıqlamasına görə, yeni limitlərin tətbiqində əsas məqsəd ödəniş sistemlərində təhlükəsizliyi və şəffaflığı artırmaq, maliyyə fırıldaqçılığı, vergidən yayınma halları və qanunsuz mərc əməliyyatları ilə mübarizəni gücləndirməkdir.

Yeni qaydalar gündəlik istifadəçilərin əksəriyyətinə ciddi təsir göstərməsə də, tez-tez və yüksək məbləğdə kartdan-karta köçürmələr həyata keçirən şəxslərin bu limitləri nəzərə alması tövsiyə olunur.

Oxşar Məqalələr

Apple Vision Pro icmalı: Gələcəyin beta sınağı
İcmal

Apple Vision Pro icmalı: Gələcəyin beta sınağı

10 Feb,2024

Starbucks yeni model sınaqdan keçirir
İcmal

Starbucks yeni model sınaqdan keçirir

30 Apr,2026

Azərbaycanda frilanser fəaliyyəti rəsmiləşdirilir!
İcmal

Azərbaycanda frilanser fəaliyyəti rəsmiləşdirilir!

18 Jun,2026

Son Xəbərlər

AWS Agentic Football Cup-da 32 komandanın AI agentləri yarışıb

AWS Agentic Football Cup-da 32 komandanın AI agentləri yarışıb

02 Nov,2026

TechConnect Week 2026 Bakıda 2-7 noyabr tarixlərində keçiriləcək

TechConnect Week 2026 Bakıda 2-7 noyabr tarixlərində keçiriləcək

02 Nov,2026

Azərbaycanın startap ekosisteminin dəyəri 600 milyon dollara yaxınlaşır

Azərbaycanın startap ekosisteminin dəyəri 600 milyon dollara yaxınlaşır

02 Nov,2026

Banner