Gənc kino yaradıcıları üçün yeni imkan - “Yaradıcı Kino İnkubasiya Proqramı”na start verilir!
10 Jul,202677 baxış

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) və Yaradıcı Mərkəzin birgə təşkilatçılığı ilə ölkədə kino və yaradıcı sənayenin inkişafını dəstəkləyən "Yaradıcı Kino İnkubasiya Proqramı" elan olunub.
Proqramın əsas məqsədi yaradıcı potensiala malik gəncləri film sənayesinə cəlb etmək, innovativ layihələrin formalaşmasına dəstək vermək və kino sahəsində yeni biznes təşəbbüslərinin yaranmasına şərait yaratmaqdır.
Bu təşəbbüs "Azərbaycan Mədəniyyəti – 2040" Konsepsiyası və Mədəniyyət Nazirliyinin "Kinematoqrafiya sahəsinin inkişafı ilə bağlı Tədbirlər Planı (2026–2027)" çərçivəsində həyata keçirilir.
Proqram üç əsas mərhələdən ibarətdir
Ustad dərsləri
Proqramın ilk mərhələsində iştirakçılar yerli və beynəlxalq mütəxəssislərlə görüşərək kino sənayesinin aktual istiqamətləri üzrə biliklər əldə edəcəklər.
Təlim mövzularına aşağıdakılar daxildir:
İnvestisiyaların cəlb edilməsi
İdeyanın biznes modelinə çevrilməsi
Süni intellektin kinoda tətbiqi
Kino marketinqi
Ssenari yazılışı
Film istehsalı və digər sahələr
Ideaton – Filmaton
İkinci mərhələdə təşkil olunacaq Filmaton zamanı iştirakçılar komandalar şəklində müxtəlif yaradıcı layihələr hazırlayacaqlar.
İştirak istiqamətləri:
3 dəqiqəyədək qısa film
Film posteri dizaynı
Süni intellekt vasitəsilə animasiya filmi
Ssenari yazılışı
Mobil tətbiqlər
Kino sahəsi üçün innovativ xidmətlər
Bu mərhələ iştirakçıların həm yaradıcılıq, həm də komanda işi bacarıqlarını inkişaf etdirməyə yönəlib.
İnkubasiya proqramı Filmatonda seçilən komandalar inkubasiya mərhələsinə keçəcək.
Bu mərhələdə onlar:
peşəkar mentor dəstəyi,
ixtisaslaşmış təlimlər,
ofis imkanları,
film sənayesinin nümayəndələri ilə əməkdaşlıq,
layihələrin inkişafı üçün praktik dəstək əldə edəcəklər.
Proqramın sonunda iştirakçılar hazırladıqları layihələri "Təqdimat günü" (Demo Day) çərçivəsində investorlar və sənaye nümayəndələri qarşısında təqdim edəcəklər.
Kimlər müraciət edə bilər?
Proqram aşağıdakı sahələr üzrə təhsil alan və ya fəaliyyət göstərən gənclər üçün nəzərdə tutulub:
Kino
Mədəniyyət
İncəsənət
Dizayn
Texnologiya


