• Ana Səhifə
  • Haqqımızda
  • Vakansiyalar
  • Videolar
  • Podcast
  • Tədbirlər
F
Fondera

Ünvan: N.Nərimanov Əhməd Rəcəbli

Telefon: +994 51 698 92 05

E-poçt: office@markup.az

LinkedinFacebookinstagramYoutube

Linklər

  • Haqqımızda
  • Əlaqə
  • Çerezlərdən istifadə şərtləri
  • İstifadəçi Şərtləri
  • Məxfilik Siyasəti

Kateqoriyalar

  • Videolar
  • Podkastlar
  • Vakansiyalar

Abunəlik

Bülletenimizə abunə olun və ən yeni yeniləmələrimizi birbaşa gələnlər qutunuzda əldə edin.

© 2026, Fondera

Design by Markup Agency

Ana SəhifəİcmalDaha 10 layihə “Startap” şəhadətnaməsinə layiq görüldü
İcmal

Daha 10 layihə “Startap” şəhadətnaməsinə layiq görüldü

27 Aug,2026149 baxış
Paylaş:
Daha 10 layihə “Startap” şəhadətnaməsinə layiq görüldü

“Startap” şəhadətnaməsinin verilməsi məqsədilə yaradılmış Ekspertlər Şurasının növbəti iclasında 16 layihəyə baxılıb. Qiymətləndirmənin nəticələrinə əsasən, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi təqdim edilib.


Yeni şəhadətnamələr rəqəmsal ticarət, logistika, ictimai iaşə, sağlam həyat tərzi, süni intellekt və digər sahələr üzrə fəaliyyət göstərən layihələrə verilib. Şəhadətnamə alan layihələr arasında “Smartcart” MMC-nin özünəxidmət əsaslı alış-veriş və ödəniş platforması, “İ Happy” MMC-nin rəqəmsal hədiyyə kartları platforması, “Kataloq Shop” MMC-nin satış, inventar, CRM və logistikanı vahid sistemdə birləşdirən həlli, “Eintree Solutions” MMC-nin ictimai iaşə obyektləri üçün rəqəmsal platforması və “Dahacox” MMC-nin gül və hədiyyələr üzrə elektron ticarət platforması yer alır.


Həmçinin “FitNest” MMC-nin idman və sağlam həyat tərzi platforması, Bəhruz Quliyevin rəqəmsal logistika həlli, Ümid Rzazadənin restoranların sifariş və idarəetmə prosesləri üçün platforması, “Talantly” MMC-nin süni intellekt əsaslı istedad və karyera platforması, eləcə də “Modbender” MMC-nin geyim və aksesuarların rəqəmsal kombinləşdirilməsinə imkan verən xidməti də “Startap” şəhadətnaməsinə layiq görülüb.


“Startap” şəhadətnaməsi sahiblərinə şəhadətnaməni əldə etdikləri tarixdən etibarən 3 il müddətində innovasiya fəaliyyətindən əldə olunan gəlirlər üzrə mənfəət və gəlir vergisindən azadolma imkanı yaradır.


Yeni şəhadətnamələrin verilməsi ilə Azərbaycanda “Startap” şəhadətnaməsi almış KOB subyektlərinin ümumi sayı 302-yə çatıb.


Layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıq subyektləri “Startap” şəhadətnaməsi almaq üçün KOBİA-ya müraciət edə bilərlər.

Oxşar Məqalələr

Apple Vision Pro icmalı: Gələcəyin beta sınağı
İcmal

Apple Vision Pro icmalı: Gələcəyin beta sınağı

10 Feb,2024

Starbucks yeni model sınaqdan keçirir
İcmal

Starbucks yeni model sınaqdan keçirir

30 Apr,2026

Azərbaycanda frilanser fəaliyyəti rəsmiləşdirilir!
İcmal

Azərbaycanda frilanser fəaliyyəti rəsmiləşdirilir!

18 Jun,2026

Son Xəbərlər

AWS Agentic Football Cup-da 32 komandanın AI agentləri yarışıb

AWS Agentic Football Cup-da 32 komandanın AI agentləri yarışıb

02 Nov,2026

TechConnect Week 2026 Bakıda 2-7 noyabr tarixlərində keçiriləcək

TechConnect Week 2026 Bakıda 2-7 noyabr tarixlərində keçiriləcək

02 Nov,2026

Azərbaycanın startap ekosisteminin dəyəri 600 milyon dollara yaxınlaşır

Azərbaycanın startap ekosisteminin dəyəri 600 milyon dollara yaxınlaşır

02 Nov,2026

Banner