• Ana Səhifə
  • Haqqımızda
  • Vakansiyalar
  • Videolar
  • Podcast
  • Tədbirlər
F
Fondera

Ünvan: N.Nərimanov Əhməd Rəcəbli

Telefon: +994 51 698 92 05

E-poçt: office@markup.az

LinkedinFacebookinstagramYoutube

Linklər

  • Haqqımızda
  • Əlaqə
  • Çerezlərdən istifadə şərtləri
  • İstifadəçi Şərtləri
  • Məxfilik Siyasəti

Kateqoriyalar

  • Videolar
  • Podkastlar
  • Vakansiyalar

Abunəlik

Bülletenimizə abunə olun və ən yeni yeniləmələrimizi birbaşa gələnlər qutunuzda əldə edin.

© 2026, Fondera

Design by Markup Agency

Ana SəhifəYeniliklərBestbooks mühasibat platforması Azərbaycanda istifadəyə verilib
Yeniliklər

Bestbooks mühasibat platforması Azərbaycanda istifadəyə verilib

23 Oct,202681 baxış
Paylaş:
Bestbooks mühasibat platforması Azərbaycanda istifadəyə verilib

Kiçik və orta bizneslər, habelə mühasibatlıq xidməti göstərən şirkətlər üçün hazırlanmış Bestbooks mühasibat platforması istifadəyə verilib.

Şirkətin məlumatına görə, platforma Azərbaycanın vergi qanunvericiliyi və mühasibat uçotu tələbləri əsasında qurulub. Satış, xərc, anbar, ödəniş və hesabat əməliyyatları vahid sistemdə birləşdirilib.

Məhsul həm peşəkar mühasiblər, həm də mühasibatlıq təhsili olmayan sahibkarlar üçün nəzərdə tutulub. Tərtibatçıların bildirdiyinə görə, proqram biznesin mövcud iş proseslərinə uyğunlaşır.

Şirkətin həmtəsisçisi və baş icraçı direktoru Rauf Vəliyev layihənin məqsədini belə izah edib: "Bestbooks-u hazırlayarkən əsas diqqəti Azərbaycan biznesinin real ehtiyaclarına yönəltdik".

Platforma iki modeldə təklif olunur. Birincisi bulud əsaslı SaaS modeli, ikincisi isə şirkətin öz serverində quraşdırılan On-Premise versiyadır.

Maliyyə məlumatlarına giriş rol əsaslı icazələrlə tənzimlənir. Bu yanaşma hər istifadəçinin yalnız öz vəzifəsinə aid məlumatları görməsinə imkan verir.

Şirkətin açıqlamasına əsasən, Bestbooks Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən verilən fərdi məlumatların informasiya sistemi fəaliyyəti üzrə lisenziyaya malikdir və müvafiq dövlət reyestrində qeydiyyata alınıb. Sistem ASAN İmza, SİMA və myGov ilə inteqrasiya olunub.

İstifadəçilərə 14 günlük pulsuz sınaq müddəti təklif edilir və bunun üçün bank kartı məlumatları tələb olunmur. Məhsul barədə ətraflı məlumat bestbooks.az saytında yerləşdirilib.

Oxşar Məqalələr

WhatsApp Web-də brauzerdən səsli və görüntülü zəng funksiyası istifadəyə verildi
Yeniliklər

WhatsApp Web-də brauzerdən səsli və görüntülü zəng funksiyası istifadəyə verildi

31 Jul,2026

NASA Astro Camp proqramına qeydiyyat başladı!
Yeniliklər

NASA Astro Camp proqramına qeydiyyat başladı!

04 Aug,2026

Qaxlı qardaşlar Pekində dünya birincisi oldular!
Yeniliklər

Qaxlı qardaşlar Pekində dünya birincisi oldular!

11 Aug,2026

Son Xəbərlər

AWS Agentic Football Cup-da 32 komandanın AI agentləri yarışıb

AWS Agentic Football Cup-da 32 komandanın AI agentləri yarışıb

02 Nov,2026

TechConnect Week 2026 Bakıda 2-7 noyabr tarixlərində keçiriləcək

TechConnect Week 2026 Bakıda 2-7 noyabr tarixlərində keçiriləcək

02 Nov,2026

Azərbaycanın startap ekosisteminin dəyəri 600 milyon dollara yaxınlaşır

Azərbaycanın startap ekosisteminin dəyəri 600 milyon dollara yaxınlaşır

02 Nov,2026

Banner