• Ana Səhifə
  • Haqqımızda
  • Vakansiyalar
  • Videolar
  • Podcast
  • Tədbirlər
F
Fondera

Ünvan: N.Nərimanov Əhməd Rəcəbli

Telefon: +994 51 698 92 05

E-poçt: office@markup.az

LinkedinFacebookinstagramYoutube

Linklər

  • Haqqımızda
  • Əlaqə
  • Çerezlərdən istifadə şərtləri
  • İstifadəçi Şərtləri
  • Məxfilik Siyasəti

Kateqoriyalar

  • Videolar
  • Podkastlar
  • Vakansiyalar

Abunəlik

Bülletenimizə abunə olun və ən yeni yeniləmələrimizi birbaşa gələnlər qutunuzda əldə edin.

© 2026, Fondera

Design by Markup Agency

Ana SəhifəYeniliklərAzInTelecom rəqəmsal imza infrastrukturu WebTrust auditindən keçib
Yeniliklər

AzInTelecom rəqəmsal imza infrastrukturu WebTrust auditindən keçib

29 Oct,202617 baxış
Paylaş:
AzInTelecom rəqəmsal imza infrastrukturu WebTrust auditindən keçib

AZCON Holdinqin tərkibinə daxil olan “AzInTelecom” MMC-nin rəqəmsal imza infrastrukturu beynəlxalq “WebTrust for Certification Authorities” auditindən uğurla keçib. Müstəqil qiymətləndirmə şirkətin təhlükəsizlik və idarəetmə proseslərinin beynəlxalq standartlara uyğunluğunu təsdiqləyib.

“WebTrust for CA” sertifikat xidmətləri göstərən qurumlar üçün beynəlxalq səviyyədə tanınan audit standartıdır. Standart Amerika Sertifikatlı Mühasiblər İnstitutu (AICPA) və Kanada Peşəkar Mühasiblər təşkilatı (CPA Canada) tərəfindən hazırlanıb.

Audit çərçivəsində müstəqil auditorlar şirkətin informasiya təhlükəsizliyi idarəetmə sistemlərini, kriptoqrafik açarların idarə olunması qaydalarını və əməliyyat proseslərini qiymətləndirib.

Şirkətin İnformasiya Təhlükəsizliyi Departamentinin rəhbəri Ruslan Dadayevin sözlərinə görə, əsas hədəf dövlət və biznes proseslərinin rəqəmsallaşmasını dəstəkləyən infrastruktur qurmaqdır.

O qeyd edib ki, müstəqil auditin uğurla başa çatması AzInTelecom-un həm yerli, həm də beynəlxalq bazarlarda etibarlı texnoloji tərəfdaş mövqeyini gücləndirir və yeni əməkdaşlıqlar üçün zəmin yaradır.

Audit nəticəsi korporativ müştərilər, dövlət qurumları və fiziki şəxslər üçün rəqəmsal imza xidmətlərinin təhlükəsizliyi, məxfiliyi və etibarlılığı baxımından əlavə təminat deməkdir.

Rəqəmsal imza elektron sənəd dövriyyəsinin, onlayn dövlət xidmətlərinin və bank əməliyyatlarının hüquqi etibarlılığını təmin edən əsas alətlərdən biridir. Sertifikat mərkəzlərinin beynəlxalq standartlara uyğunluğu isə bu etibarlılığın təməlini təşkil edir.

Şirkətdən bildirilib ki, rəqəmsal xidmətlərin beynəlxalq standartlar səviyyəsində inkişafı təhlükəsiz elektron xidmətlərin yayılmasına, milli rəqəmsal ekosistemin böyüməsinə və Azərbaycanın regional rəqəmsal mərkəzə çevrilməsi hədəfinə xidmət edir.

Oxşar Məqalələr

WhatsApp Web-də brauzerdən səsli və görüntülü zəng funksiyası istifadəyə verildi
Yeniliklər

WhatsApp Web-də brauzerdən səsli və görüntülü zəng funksiyası istifadəyə verildi

31 Jul,2026

NASA Astro Camp proqramına qeydiyyat başladı!
Yeniliklər

NASA Astro Camp proqramına qeydiyyat başladı!

04 Aug,2026

Qaxlı qardaşlar Pekində dünya birincisi oldular!
Yeniliklər

Qaxlı qardaşlar Pekində dünya birincisi oldular!

11 Aug,2026

Son Xəbərlər

AWS Agentic Football Cup-da 32 komandanın AI agentləri yarışıb

AWS Agentic Football Cup-da 32 komandanın AI agentləri yarışıb

02 Nov,2026

TechConnect Week 2026 Bakıda 2-7 noyabr tarixlərində keçiriləcək

TechConnect Week 2026 Bakıda 2-7 noyabr tarixlərində keçiriləcək

02 Nov,2026

Azərbaycanın startap ekosisteminin dəyəri 600 milyon dollara yaxınlaşır

Azərbaycanın startap ekosisteminin dəyəri 600 milyon dollara yaxınlaşır

02 Nov,2026

Banner