Azərbaycanlı tələbənin AI startapı “Claude for Startups” proqramına qəbul olub

Azərbaycanlı tələbənin təsis etdiyi süni intellekt startapı beynəlxalq “Claude for Startups” proqramına qəbul olunub.
Dövlət Proqramı təqaüdçüsü və “King’s College London”da Kompüter elmləri üzrə bakalavr təhsili alan Tuncay Seyidəlinin təsis etdiyi Mnemoria startapı proqrama seçilib.
“Claude for Startups” erkən mərhələdə olan startapların inkişafını dəstəkləyən proqramdır. İştirakçılar süni intellekt texnologiyalarından istifadə, texnoloji resurslar və məhsulun inkişafı üçün müxtəlif imkanlar əldə edirlər.
Mnemoria da proqram çərçivəsində təqdim olunan imkanlardan yararlanaraq layihəsini inkişaf etdirmək və texnoloji imkanlarını genişləndirmək fürsəti qazanıb.
Startapın beynəlxalq proqrama qəbul olunması Tuncay Seyidəlinin tələbəlik dövründə yaratdığı layihənin qlobal AI ekosistemində inkişafı baxımından diqqətçəkən addım hesab olunur.


