Azərbaycanın ilk oyun akseleratoru üçün müraciətlər başladı!
03 Aug,202617 baxış

Azərbaycanın oyun ekosistemində fəaliyyət göstərən studiyalar və komandalar üçün yeni beynəlxalq imkan yaradılıb. Xsolla–İRİA Game Accelerator proqramına müraciətlər rəsmi olaraq başlayıb. Proqram işlək prototipə (playable build və ya vertical slice) sahib PC oyun layihələrinin qlobal bazara çıxışını sürətləndirməyi hədəfləyir.
Akselerator proqramı iştirakçılara yalnız maliyyə dəstəyi deyil, həm də beynəlxalq oyun sənayesinin aparıcı mütəxəssisləri ilə işləmək imkanı təqdim edir. Seçilən komandalar hər biri 5,000 ABŞ dolları məbləğində inkişaf qrantı əldə edəcək, beynəlxalq mentorlarla fərdi sessiyalara və praktiki vörkşoplara qoşulacaq.
Bununla yanaşı, iştirakçılar layihələrini investorlar və naşirlər qarşısında təqdim etmək üçün peşəkar pitçinq hazırlığı keçəcək. Proqramın ən diqqətçəkən üstünlüklərindən biri isə San-Fransiskoda keçirilən dünyanın ən böyük oyun sənayesi tədbirlərindən biri olan Game Developers Conference (GDC) çərçivəsində beynəlxalq naşirlər və investorlarla görüşmək imkanıdır.
Proqramın vacib üstünlüklərindən biri də odur ki, iştirakçı komandalar layihələrinin intellektual mülkiyyət hüquqlarını (IP) tam şəkildə özlərində saxlayırlar. Bu isə studiyalara layihələrini müstəqil şəkildə inkişaf etdirmək və kommersiyalaşdırmaq imkanı verir.
Kimlər müraciət edə bilər?
* İşlək prototipə (playable build və ya vertical slice) sahib PC oyun studiyaları;
* Oyun inkişaf etdirən müstəqil komandalar müraciət edə bilərlər.
Proqrama müraciət etmək istəyənlər üçün son tarix 17 avqust 2026 tarixidir.
Müraciət üçün bura klikləyin.
Müraciət üçün bura klikləyin.


