• Ana Səhifə
  • Haqqımızda
  • Vakansiyalar
  • Videolar
  • Podcast
  • Tədbirlər
F
Fondera

Ünvan: N.Nərimanov Əhməd Rəcəbli

Telefon: +994 51 698 92 05

E-poçt: office@markup.az

LinkedinFacebookinstagramYoutube

Linklər

  • Haqqımızda
  • Əlaqə
  • Çerezlərdən istifadə şərtləri
  • İstifadəçi Şərtləri
  • Məxfilik Siyasəti

Kateqoriyalar

  • Videolar
  • Podkastlar
  • Vakansiyalar

Abunəlik

Bülletenimizə abunə olun və ən yeni yeniləmələrimizi birbaşa gələnlər qutunuzda əldə edin.

© 2026, Fondera

Design by Markup Agency

Ana SəhifəYeniliklərAzərbaycanda sabit internetin orta sürəti bir ildə 10,6 % artıb
Yeniliklər

Azərbaycanda sabit internetin orta sürəti bir ildə 10,6 % artıb

22 Oct,202668 baxış
Paylaş:
Azərbaycanda sabit internetin orta sürəti bir ildə 10,6 % artıb

Azərbaycanda sabit genişzolaqlı internetin orta sürəti sentyabr ayında 92,94 Mbps təşkil edib. Bu göstərici bir il əvvəlki 84,02 Mbps ilə müqayisədə 10,6 faiz yüksəkdir. Məlumat "Speedtest Global Index" hesabatına əsaslanır.

İllik artıma baxmayaraq, ölkə aylıq reytinqdə mövqe itirib. Azərbaycan avqustla müqayisədə üç pillə geriləyərək 150 ölkə arasında 81-ci yerdə qərarlaşıb.

Sabit internet sürətinə görə dünya lideri Sinqapur olub — 476,02 Mbps. Siyahının sonuncu pilləsində 5,75 Mbps göstərici ilə Əfqanıstan yer alıb.

Mobil internet üzrə vəziyyət daha sabitdir. Azərbaycan 98,92 Mbps sürətlə 100 ölkə arasında 47-ci mövqeyini qoruyub. Bu kateqoriyada birinci yeri 681,14 Mbps ilə Birləşmiş Ərəb Əmirlikləri tutub, sonuncu pillə isə 19,92 Mbps ilə Liviyaya aiddir.

Hesabatda şəhərlər üzrə ayrıca reytinq də verilib. Bakı sabit genişzolaqlı internetdə iki pillə irəliləyərək 92,5 Mbps sürətlə 194 şəhər arasında 114-cü olub. Bu kateqoriyada 418,36 Mbps ilə Əbu-Dabi liderdir, Herat isə 4,43 Mbps ilə sonuncudur.

Mobil internet üzrə şəhər reytinqində Bakı yeddi pillə geriləyib. Paytaxt 122,03 Mbps sürətlə 151 şəhər arasında 85-ci yerdə qərarlaşıb. Burada da birinci yer Əbu-Dabiyə (683,07 Mbps) məxsusdur, sonuncu pillədə isə Liviyanın Misrata şəhəri (18,04 Mbps) dayanır.

Reytinqdəki mövqe dəyişiklikləri yalnız ölkədaxili göstəricilərdən deyil, digər dövlətlərin infrastruktur investisiyalarının sürətindən də asılıdır. Bu səbəbdən mütləq sürətin artması həmişə sıralamada irəliləmə ilə nəticələnmir.

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov isə bu günlərdə keçirilən Ailə forumunda ölkədə genişzolaqlı şəbəkəyə çıxışın təmin edildiyini və internet sürətinin yeddi dəfə artdığını bildirib.

Oxşar Məqalələr

WhatsApp Web-də brauzerdən səsli və görüntülü zəng funksiyası istifadəyə verildi
Yeniliklər

WhatsApp Web-də brauzerdən səsli və görüntülü zəng funksiyası istifadəyə verildi

31 Jul,2026

NASA Astro Camp proqramına qeydiyyat başladı!
Yeniliklər

NASA Astro Camp proqramına qeydiyyat başladı!

04 Aug,2026

Qaxlı qardaşlar Pekində dünya birincisi oldular!
Yeniliklər

Qaxlı qardaşlar Pekində dünya birincisi oldular!

11 Aug,2026

Son Xəbərlər

AWS Agentic Football Cup-da 32 komandanın AI agentləri yarışıb

AWS Agentic Football Cup-da 32 komandanın AI agentləri yarışıb

02 Nov,2026

TechConnect Week 2026 Bakıda 2-7 noyabr tarixlərində keçiriləcək

TechConnect Week 2026 Bakıda 2-7 noyabr tarixlərində keçiriləcək

02 Nov,2026

Azərbaycanın startap ekosisteminin dəyəri 600 milyon dollara yaxınlaşır

Azərbaycanın startap ekosisteminin dəyəri 600 milyon dollara yaxınlaşır

02 Nov,2026

Banner