Spotify tətbiqində görünən yeni ikon sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Yaşıl diskoteka topunu xatırladan yeni dizayn bir çox istifadəçi tərəfindən bəyənilməyib və narazılıqla qarşılanıb.
Şirkətin açıqlamasına görə, bu dəyişiklik müvəqqətidir və platformanın 20 illik yubileyi üçün başladılan xüsusi kampaniyanın bir hissəsidir. Kampaniya çərçivəsində istifadəçilərə ilk dinlədikləri mahnıları və musiqi tarixçələrini yenidən görmək imkanı yaradılıb.
Bildirilib ki, klassik Spotify loqosu yaxın günlərdə yenidən tətbiqə qaytarılacaq.

