Bir neçə dəqiqədə CV hazırlamaq cvhazirla.az ilə artıq realdır!
Azərbaycan oyun sənayesində fəaliyyət göstərən studiyalar üçün beynəlxalq miqyasda yeni imkan yaradılıb. Agentliyin və Xsolla şirkətinin tərəfdaşlığı ilə Polşanın Krakov şəhərində keçiriləcək “Digital Dragons 2026” tədbirinə qatılmaq üçün müraciət prosesi başladılıb.
Seçim əsasında 4 yerli oyun studiyası 17–19 may tarixlərində baş tutacaq tədbirdə iştirak edəcək. İştirakçılar qlobal oyun sənayesinin aparıcı nümayəndələri, nəşriyyatçılar və investorlarla birbaşa ünsiyyət qurmaq imkanı əldə edəcəklər. Bu, yerli studiyaların beynəlxalq bazara çıxışı və yeni əməkdaşlıqlar qurması baxımından mühüm platforma hesab olunur.
Proqram çərçivəsində seçilmiş studiyalara bir sıra dəstəklər təqdim ediləcək. Buraya Bakı–Polşa istiqamətində aviabiletlər və transfer, hər studiyadan iki nəfər üçün üç gecəlik yerləşmə, tədbirə giriş biletləri və B2B görüş sisteminə çıxış daxildir. Eyni zamanda, iştirakçılara oyun layihələrinin qlobal səviyyədə təqdimatı ilə bağlı peşəkar mentorluq dəstəyi göstəriləcək.
Müraciət etmək istəyən studiyalar üçün:
Son tarix: 15 aprel 23:59
Qeydiyyat və ətraflı məlumat üçün idda.azerbaijan səhifəsinin bio-dakı linkinə keçid edin.

