• Ana Səhifə
  • Haqqımızda
  • Vakansiyalar
  • Videolar
  • Podcast
  • Tədbirlər
F
Fondera

Ünvan: N.Nərimanov Əhməd Rəcəbli

Telefon: +994 51 698 92 05

E-poçt: office@markup.az

LinkedinFacebookinstagramYoutube

Linklər

  • Haqqımızda
  • Əlaqə
  • Çerezlərdən istifadə şərtləri
  • İstifadəçi Şərtləri
  • Məxfilik Siyasəti

Kateqoriyalar

  • Videolar
  • Podkastlar
  • Vakansiyalar

Abunəlik

Bülletenimizə abunə olun və ən yeni yeniləmələrimizi birbaşa gələnlər qutunuzda əldə edin.

© 2026, Fondera

Design by Markup Agency

Ana SəhifəSüni intelekt“Araz” 15 illik yubileyinə həsr olunmuş AI Challenge müsabiqəsini elan etdi
Süni intelekt

“Araz” 15 illik yubileyinə həsr olunmuş AI Challenge müsabiqəsini elan etdi

22 Jun,2026810 baxış
Paylaş:
“Araz” 15 illik yubileyinə həsr olunmuş AI Challenge müsabiqəsini elan etdi
“Araz” 15 illik fəaliyyətini texnologiya və yaradıcılığı bir araya gətirən yeni layihə ilə qeyd edir. #ArazAIChallenge2026 adlı müsabiqə süni intellektdən istifadə etməklə yaradıcı məzmun hazırlayan iştirakçılar üçün elan olunub. Layihədə iştirak etmək istəyənlər AI texnologiyalarından istifadə edərək video, vizual və audio məzmunlar hazırlaya bilərlər.

Müsabiqə 3 əsas kateqoriya üzrə keçirilir:

Video / animasiya
AI ilə hazırlanmış 15–60 saniyəlik tanıtım, reklam və ya hekayə formatlı video.

Foto / vizual
Poster, sosial media paylaşımı, məhsul etiketi və digər dizayn işləri.

Audio / jingle
“Araz” üçün hazırlanmış 10–45 saniyəlik qısa promo musiqi və ya jingle.

Müsabiqənin mövzusu “Yurdumuzun doğma marketi” olaraq müəyyən edilib.

İştirak etmək üçün namizədlər hazırladıqları işi açıq “Instagram” və ya “TikTok” hesablarında #ArazAIChallenge2026heşteqi ilə paylaşmalı və əlavə məlumatlarla birlikdə arazsuperdigital@gmail.com elektron poçt ünvanına göndərməlidirlər.

Göndərilən məktubun mövzu hissəsində aşağıdakı format qeyd edilməlidir:
Araz AI Challenge 2026 – Ad Soyad

E-mail daxilində aşağıdakı məlumatlar yer almalıdır:
* Ad və soyad
* Əlaqə nömrəsi
* Paylaşılmış postun linki (Instagram və ya TikTok)
* İstifadə olunan AI alətləri
* Layihə haqqında qısa izah (1–2 cümlə)
* İstifadə edilən prompt nümunələri

Müsabiqəyə müraciət üçün son tarix 21 iyul 2026-cı il olaraq müəyyən olunub.

Mükafatlar:

Video / animasiya kateqoriyası
* 1-ci yer — 1500 AZN
* 2-ci yer — 1000 AZN
* 3-cü yer — 500 AZN

Foto / vizual kateqoriyası
* 1-ci yer — 500 AZN
* 2-ci yer — 300 AZN
* 3-cü yer — 200 AZN

Audio / jingle kateqoriyası
* 1-ci yer — 500 AZN
* 2-ci yer — 300 AZN
* 3-cü yer — 200 AZN

Bundan əlavə, iştirakçılar arasında həvəsləndirici mükafatlar da təqdim olunacaq.


Oxşar Məqalələr

Crux GenAI ilə işləyən biznes kəşfiyyatı alətləri yaradır
Süni intelekt

Crux GenAI ilə işləyən biznes kəşfiyyatı alətləri yaradır

10 Feb,2024

Goody-2 ilə tanış olun, AI sözün əsl mənasında hər hansı bir şeyi müzakirə etmək üçün çox etikdir
Süni intelekt

Goody-2 ilə tanış olun, AI sözün əsl mənasında hər hansı bir şeyi müzakirə etmək üçün çox etikdir

10 Feb,2024

Yoxlamaq istəyəcəyiniz 5 ən yaxşı AI kodlaşdırma köməkçisi
Süni intelekt

Yoxlamaq istəyəcəyiniz 5 ən yaxşı AI kodlaşdırma köməkçisi

10 Feb,2024

Son Xəbərlər

AWS Agentic Football Cup-da 32 komandanın AI agentləri yarışıb

AWS Agentic Football Cup-da 32 komandanın AI agentləri yarışıb

02 Nov,2026

TechConnect Week 2026 Bakıda 2-7 noyabr tarixlərində keçiriləcək

TechConnect Week 2026 Bakıda 2-7 noyabr tarixlərində keçiriləcək

02 Nov,2026

Azərbaycanın startap ekosisteminin dəyəri 600 milyon dollara yaxınlaşır

Azərbaycanın startap ekosisteminin dəyəri 600 milyon dollara yaxınlaşır

02 Nov,2026

Banner