• Ana Səhifə
  • Haqqımızda
  • Vakansiyalar
  • Videolar
  • Podcast
  • Tədbirlər
F
Fondera

Ünvan: N.Nərimanov Əhməd Rəcəbli

Telefon: +994 51 698 92 05

E-poçt: office@markup.az

LinkedinFacebookinstagramYoutube

Linklər

  • Haqqımızda
  • Əlaqə
  • Çerezlərdən istifadə şərtləri
  • İstifadəçi Şərtləri
  • Məxfilik Siyasəti

Kateqoriyalar

  • Videolar
  • Podkastlar
  • Vakansiyalar

Abunəlik

Bülletenimizə abunə olun və ən yeni yeniləmələrimizi birbaşa gələnlər qutunuzda əldə edin.

© 2026, Fondera

Design by Markup Agency

Ana SəhifəSüni intelektAI Academy ilk məzunlarını verdi, süni intellekt kadrları artır
Süni intelekt

AI Academy ilk məzunlarını verdi, süni intellekt kadrları artır

21 Oct,202660 baxış
Paylaş:
AI Academy ilk məzunlarını verdi, süni intellekt kadrları artır

Milli Süni İntellekt Mərkəzinin təşkil etdiyi "AI Academy" tədris proqramının ilk məzun mərasimi oktyabrın 20-də Bakıda keçirilib. Bu, akademiyanın yaradılmasından sonra ilk buraxılışıdır.

Mərasimdə Elm və Təhsil Nazirliyinin, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin rəsmi nümayəndələri, deputatlar və digər dəvətlilər iştirak edib.

Tədbirdə çıxış edən rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənov ölkədə rəqəmsal inkişaf sahəsində reallaşdırılan layihələr barədə məlumat verib.

O, innovativ texnologiyaların tətbiqinin və rəqəmsal transformasiya prosesinin sürətləndirilməsinin vacibliyini vurğulayıb.

Elm və təhsil nazirinin müavini Həsən Həsənli isə Azərbaycanda aparılan kadr hazırlığı prosesinə diqqət yönəldib və gənc mütəxəssislərin bilik və bacarıqlarının inkişafı istiqamətində görülən işlər barədə ətraflı danışıb. Çıxışlardan sonra məzunların təltifləndirmə mərasimi baş tutub.

"AI Academy" AZCON Holding şirkətlər qrupuna daxil olan Milli Süni İntellekt Mərkəzi tərəfindən yaradılmış tədris platformasıdır.

Akademiya tətbiqi riyaziyyatın əsaslarından başlayaraq süni intellektin dərin qatlarına qədər geniş mövzuları əhatə edən proqramlar təqdim edir. Süni intellekt mühəndisi olmaq üçün zəruri biliklər burada sıfırdan və tam təqaüdlü formada tədris olunur.

Tam təqaüdlü model proqramı ödəniş imkanından asılı olmayaraq namizədlərə açıq saxlayır. Bu yanaşma süni intellekt sahəsində kadr çatışmazlığının aradan qaldırılmasına yönəlmiş addımlardan biri kimi dəyərləndirilir.

Oxşar Məqalələr

Crux GenAI ilə işləyən biznes kəşfiyyatı alətləri yaradır
Süni intelekt

Crux GenAI ilə işləyən biznes kəşfiyyatı alətləri yaradır

10 Feb,2024

Goody-2 ilə tanış olun, AI sözün əsl mənasında hər hansı bir şeyi müzakirə etmək üçün çox etikdir
Süni intelekt

Goody-2 ilə tanış olun, AI sözün əsl mənasında hər hansı bir şeyi müzakirə etmək üçün çox etikdir

10 Feb,2024

Yoxlamaq istəyəcəyiniz 5 ən yaxşı AI kodlaşdırma köməkçisi
Süni intelekt

Yoxlamaq istəyəcəyiniz 5 ən yaxşı AI kodlaşdırma köməkçisi

10 Feb,2024

Son Xəbərlər

AWS Agentic Football Cup-da 32 komandanın AI agentləri yarışıb

AWS Agentic Football Cup-da 32 komandanın AI agentləri yarışıb

02 Nov,2026

TechConnect Week 2026 Bakıda 2-7 noyabr tarixlərində keçiriləcək

TechConnect Week 2026 Bakıda 2-7 noyabr tarixlərində keçiriləcək

02 Nov,2026

Azərbaycanın startap ekosisteminin dəyəri 600 milyon dollara yaxınlaşır

Azərbaycanın startap ekosisteminin dəyəri 600 milyon dollara yaxınlaşır

02 Nov,2026

Banner