• Ana Səhifə
  • Haqqımızda
  • Vakansiyalar
  • Videolar
  • Podcast
  • Tədbirlər
F
Fondera

Ünvan: N.Nərimanov Əhməd Rəcəbli

Telefon: +994 51 698 92 05

E-poçt: office@markup.az

LinkedinFacebookinstagramYoutube

Linklər

  • Haqqımızda
  • Əlaqə
  • Çerezlərdən istifadə şərtləri
  • İstifadəçi Şərtləri
  • Məxfilik Siyasəti

Kateqoriyalar

  • Videolar
  • Podkastlar
  • Vakansiyalar

Abunəlik

Bülletenimizə abunə olun və ən yeni yeniləmələrimizi birbaşa gələnlər qutunuzda əldə edin.

© 2026, Fondera

Design by Markup Agency

Ana SəhifəSüni intelektABB süni intellekt infrastrukturunu gücləndirir: yeni GPU serverləri üçün tender elan olundu
Süni intelekt

ABB süni intellekt infrastrukturunu gücləndirir: yeni GPU serverləri üçün tender elan olundu

10 Apr,2026222 baxış
Paylaş:
ABB süni intellekt infrastrukturunu gücləndirir: yeni GPU serverləri üçün tender elan olundu

Azərbaycan Beynəlxalq Bankı (ABB) “NVIDIA” HGX B200 əsaslı “Dell GPU” serverlərinin satın alınması məqsədilə tender elan edib.

Marja xəbər verir ki, tenderdə iştirak etmək istəyən şirkətlərin müvafiq sahə üzrə ən azı 3 illik iş təcrübəsinə malik olması tələb olunur. İddiaçılar təkliflərini 10 aprel tarixinə qədər ABB-yə təqdim edə bilərlər.

Məlumata görə, sözügedən serverlər bankın süni intellekt layihələri üçün nəzərdə tutulub. Tenderə çıxarılan avadanlıqlar yüksək hesablama gücü ilə seçilir və əsasən böyük dil modellərinin (LLM) öyrədilməsi və tətbiqi üçün istifadə olunur.

Bu tip GPU əsaslı serverlər çatbotlar, səsli köməkçilər, sənəd analizi, OCR texnologiyaları, risk və fırıldaqçılıq aşkarlanması, həmçinin böyük həcmli məlumatların emalı və paralel hesablamalar kimi sahələrdə geniş tətbiq edilir. Eyni zamanda, bəzi hallarda yüksək performanslı hesablama (HPC) proseslərində də istifadə olunur.

Qeyd edək ki, ABB-də hazırda müxtəlif istiqamətlər üzrə tətbiq olunan süni intellekt modellərinin sayı 176-ya çatıb. Bankın açıqlamasına əsasən, bu modellər artıq 34.5 milyon manatdan çox müsbət maliyyə təsiri yaradıb. Hazırda isə ABB daxilində süni intellekt əsaslı 69 layihə icra olunur.

Bununla yanaşı, ABB yaxın zamanda AI-khan və AI-nur adlı süni intellekt əsaslı rəqəmsal köməkçiləri də istifadəyə verib. Bu sistemlər müştərilərə bank əməliyyatlarını səsli komandalar vasitəsilə həyata keçirmək və müxtəlif suallara operativ cavab almaq imkanı yaradır.

Ekspertlərin fikrincə, yeni GPU serverlərinin alınması ABB-nin dayanıqlı və güclü süni intellekt infrastrukturunun qurulmasına yönəlmiş strateji addımlarından biridir. Bu isə bankın rəqəmsal transformasiya prosesini daha da sürətləndirəcək.

Oxşar Məqalələr

Crux GenAI ilə işləyən biznes kəşfiyyatı alətləri yaradır
Süni intelekt

Crux GenAI ilə işləyən biznes kəşfiyyatı alətləri yaradır

10 Feb,2024

Goody-2 ilə tanış olun, AI sözün əsl mənasında hər hansı bir şeyi müzakirə etmək üçün çox etikdir
Süni intelekt

Goody-2 ilə tanış olun, AI sözün əsl mənasında hər hansı bir şeyi müzakirə etmək üçün çox etikdir

10 Feb,2024

Yoxlamaq istəyəcəyiniz 5 ən yaxşı AI kodlaşdırma köməkçisi
Süni intelekt

Yoxlamaq istəyəcəyiniz 5 ən yaxşı AI kodlaşdırma köməkçisi

10 Feb,2024

Son Xəbərlər

AWS Agentic Football Cup-da 32 komandanın AI agentləri yarışıb

AWS Agentic Football Cup-da 32 komandanın AI agentləri yarışıb

02 Nov,2026

TechConnect Week 2026 Bakıda 2-7 noyabr tarixlərində keçiriləcək

TechConnect Week 2026 Bakıda 2-7 noyabr tarixlərində keçiriləcək

02 Nov,2026

Azərbaycanın startap ekosisteminin dəyəri 600 milyon dollara yaxınlaşır

Azərbaycanın startap ekosisteminin dəyəri 600 milyon dollara yaxınlaşır

02 Nov,2026

Banner