• Ana Səhifə
  • Haqqımızda
  • Vakansiyalar
  • Videolar
  • Podcast
  • Tədbirlər
F
Fondera

Ünvan: N.Nərimanov Əhməd Rəcəbli

Telefon: +994 51 698 92 05

E-poçt: office@markup.az

LinkedinFacebookinstagramYoutube

Linklər

  • Haqqımızda
  • Əlaqə
  • Çerezlərdən istifadə şərtləri
  • İstifadəçi Şərtləri
  • Məxfilik Siyasəti

Kateqoriyalar

  • Videolar
  • Podkastlar
  • Vakansiyalar

Abunəlik

Bülletenimizə abunə olun və ən yeni yeniləmələrimizi birbaşa gələnlər qutunuzda əldə edin.

© 2026, Fondera

Design by Markup Agency

Ana SəhifəOyun Xəbərləri2026 Dünya Dizayn Yarışmasına qeydiyyat başladı
Oyun Xəbərləri

2026 Dünya Dizayn Yarışmasına qeydiyyat başladı

20 Apr,2026570 baxış
Paylaş:
2026 Dünya Dizayn Yarışmasına qeydiyyat başladı
Gənc dizaynerlər üçün beynəlxalq səviyyədə özünü göstərmək imkanı yaradan “Adobe World Championship” müsabiqəsinə qeydiyyat rəsmi olaraq açıq elan edilib. Bu il də yerli tərəfdaş kimi BDA (Baku Design Academy) vasitəsilə seçim mərhələsində iştirak edən namizədlər qalib olduqları təqdirdə ABŞ-da keçiriləcək final mərhələsində ölkəni təmsil etmək şansı qazanacaqlar.
Müsabiqə dizayn sahəsində bacarıqlarını inkişaf etdirmək və qlobal səviyyədə tanınmaq istəyən gənclər üçün mühüm platforma hesab olunur. İştirakçılar həm yaradıcılıqlarını nümayiş etdirmək, həm də beynəlxalq dizayn mühitinə daxil olmaq imkanı əldə edirlər.

Müsabiqəyə qoşulmaq istəyənlər üçün əsas tələblər aşağıdakılardır:
Yaş həddi: 13–21 yaş aralığı
27–30 iyul tarixlərində ABŞ-a səfər etmək imkanı
Orta səviyyədə ingilis dili biliyi
Adobe Photoshop və ya Adobe Illustrator proqramlarında işləmə bacarığı
Qlobal səhnəyə çıxmaq imkanı

“Adobe World Championship” müsabiqəsi dünyanın müxtəlif ölkələrindən gənc dizaynerləri bir araya gətirərək onların bacarıqlarını real layihələr üzərindən sınamağa imkan verir. Final mərhələsində iştirak edənlər yalnız mükafat uğrunda yarışmır, eyni zamanda beynəlxalq əlaqələr qurmaq və karyeralarına yeni istiqamət vermək şansı əldə edirlər.


Müsabiqədə iştirak etmək istəyən namizədlər 30 aprel tarixinədək qeydiyyatdan keçməlidirlər. Seçim mərhələsini uğurla tamamlayan iştirakçılar ABŞ-da keçiriləcək final mərhələsində iştirak hüququ qazanacaqlar.

Gənc yaşda beynəlxalq uğur əldə etmək və dizayn sahəsində öz adını tanıtmaq istəyənlər üçün bu müsabiqə mühüm fürsət kimi qiymətləndirilir.

Oxşar Məqalələr

AzDimension – Azərbaycanın İlk Video Oyun Şirkəti
Oyun Xəbərləri

AzDimension – Azərbaycanın İlk Video Oyun Şirkəti

23 Feb,2025

İRİA və Xsolla: Azərbaycanın Oyun Sənayesində Yeni Tərəfdaşlıq
Oyun Xəbərləri

İRİA və Xsolla: Azərbaycanın Oyun Sənayesində Yeni Tərəfdaşlıq

23 Feb,2025

PAŞA Holding, Bravo və Tenity “PAŞA Hackathon” təşkil edir
Oyun Xəbərləri

PAŞA Holding, Bravo və Tenity “PAŞA Hackathon” təşkil edir

07 Apr,2026

Son Xəbərlər

AWS Agentic Football Cup-da 32 komandanın AI agentləri yarışıb

AWS Agentic Football Cup-da 32 komandanın AI agentləri yarışıb

02 Nov,2026

TechConnect Week 2026 Bakıda 2-7 noyabr tarixlərində keçiriləcək

TechConnect Week 2026 Bakıda 2-7 noyabr tarixlərində keçiriləcək

02 Nov,2026

Azərbaycanın startap ekosisteminin dəyəri 600 milyon dollara yaxınlaşır

Azərbaycanın startap ekosisteminin dəyəri 600 milyon dollara yaxınlaşır

02 Nov,2026

Banner