• Ana Səhifə
  • Haqqımızda
  • Vakansiyalar
  • Videolar
  • Podcast
  • Tədbirlər
F
Fondera

Ünvan: N.Nərimanov Əhməd Rəcəbli

Telefon: +994 51 698 92 05

E-poçt: office@markup.az

LinkedinFacebookinstagramYoutube

Linklər

  • Haqqımızda
  • Əlaqə
  • Çerezlərdən istifadə şərtləri
  • İstifadəçi Şərtləri
  • Məxfilik Siyasəti

Kateqoriyalar

  • Videolar
  • Podkastlar
  • Vakansiyalar

Abunəlik

Bülletenimizə abunə olun və ən yeni yeniləmələrimizi birbaşa gələnlər qutunuzda əldə edin.

© 2026, Fondera

Design by Markup Agency

Ana SəhifəStartUpUWORK (uwork.az) – İş axtarışında qaydalar dəyişir
StartUp

UWORK (uwork.az) – İş axtarışında qaydalar dəyişir

03 Sep,2025433 baxış
Paylaş:
UWORK (uwork.az) – İş axtarışında qaydalar dəyişir
✅ Ümumi məlumat
Texnologiyanın həyatımızda ən çox təsir etdiyi sahələrdən biri də karyeradır. İllərdir insanlar özlərinə uyğun iş tapmaq üçün saysız-hesabsız vakansiya siyahılarını vərəqləməli, şirkətlər isə uyğun olub-olmamasına baxmadan gələn CV-lər arasında vaxt itirməli olublar. Bəs bu dövr sona çatsa necə olar? Qaydalar dəyişsə necə olar?

Məhz buna cavab olaraq UWORK - yeni nəsil iş platforması yaradıldı.
Startapın təsisçisi Xalid Babasoy iş axtarma prosesindəki yorucu təcrübədən çıxış edərək bu ideyanı reallaşdırdı. Bugün UWORK həm Azərbaycanda, həm də region ölkələrində iş dünyasında inqilab etməyi qarşısına məqsəd qoyub.

Həm şirkətlərə, həm də yeni iş imkanları əldə etmək istəyən şəxslərə ən uyğun imkanları təqdim etdiyi üçün, platforma "Best for you" şüarı ilə fəaliyyətinə davam edir.

✅ Məhsul və xidmət haqda
UWORK nəyi dəyişir?
Platforma istifadəçilərin bilik, bacarıq, təhsil, təcrübə və digər göstəricilərinə əsasən ən uyğun iş imkanlarını avtomatik olaraq onların qarşısına çıxarır. İstifadəçilər sadəcə profil yaradır və lazımi məlumatları daxil edir. Şirkətlər isə vakansiyanı yerləşdirərkən sistem vasitəsilə yalnız uyğun namizədlərə birbaşa çıxış əldə edir.

Misal üçün: Şirkət “ingilis dilində səlis danışan mühasib” axtarırsa, platforma dərhal yalnız bu kriteriyalara cavab verən şəxslərə iş imkanını göndərir. Bütün bu proses AI dəstəyi ilə daha da optimallaşdırılır. İstifadəçilər artıq uzun siyahılarda itmir, ən uyğun işə birbaşa yönləndirilir.
Eyni zamanda təhlükəsizlik və şəffaflıq ön planda saxlanılır - platformada ciddi nəzarət və tənzimləmə mexanizmləri qurulub.

✅ Bazar və Rəqabət
Hazırda UWORK beta versiyada istifadəyə verilsə də, artıq minlərlə şəxs tərəfindən maraqla qarşılanıb.
Şirkətlər üçün xidmət tamamilə ödənişsizdir. İş axtaran şəxslər üçün isə standart modeldə illik abunə haqqı cəmi 12 AZN olaraq nəzərdə tutulub. Hazırda isə müvəqqəti olaraq bütün istifadəçilər üçün ödənişsizdir.

Ənənəvi iş axtarış saytlarından fərqli olaraq, UWORK işləri axtaranlara göstərmir, işləri onların yanına gətirir. Bu, bazarda UWORK-u tamamilə rəqibsiz edir.

✅ Komanda
Layihənin gücü onun komandasında gizlidir. UWORK-un arxasında Paşa Holding, KapitalBank, Rabitəbank, AİSTGroup, CityPoint, RSM və digər nüfuzlu şirkətlərdə çalışan mütəxəssislər dayanır.

✅ Maliyyə və investisiya
UWORK hazırda investisiya cəlb etmədən fəaliyyətə başlayıb. Yaxın gələcəkdə AI texnologiyalarını təkmilləşdirmək və region bazarına çıxış üçün investisiya raunduna açıqdır.

✅ Əsas keçidlər: 
Rəsmi platforma: UWORK (uwork.az) – İş axtarışında qaydalar dəyişir
WhatsApp: wa.me/994505561202
Instagram: instagram.com/uwork.az
LinkedIn: www.linkedin.com/company/uworkazerbaijan
Telegram: t.me/uworkazerbaijan
Email: support@uwork.az

Oxşar Məqalələr

Layihənizi və potensial razılaşma proseslərini idarə edə biləcəyiniz platforma: Pipedrive
StartUp

Layihənizi və potensial razılaşma proseslərini idarə edə biləcəyiniz platforma: Pipedrive

18 Feb,2025

Finsmart AI, ENA Venture Capital-dan 90 milyon TL dəyərində investisiya aldı
StartUp

Finsmart AI, ENA Venture Capital-dan 90 milyon TL dəyərində investisiya aldı

18 Feb,2025

DoktorRandevu: Tibb Sektorunda Rəqəmsal İnqilab Yaradan Startap
StartUp

DoktorRandevu: Tibb Sektorunda Rəqəmsal İnqilab Yaradan Startap

22 Feb,2025

Son Xəbərlər

AWS Agentic Football Cup-da 32 komandanın AI agentləri yarışıb

AWS Agentic Football Cup-da 32 komandanın AI agentləri yarışıb

02 Nov,2026

TechConnect Week 2026 Bakıda 2-7 noyabr tarixlərində keçiriləcək

TechConnect Week 2026 Bakıda 2-7 noyabr tarixlərində keçiriləcək

02 Nov,2026

Azərbaycanın startap ekosisteminin dəyəri 600 milyon dollara yaxınlaşır

Azərbaycanın startap ekosisteminin dəyəri 600 milyon dollara yaxınlaşır

02 Nov,2026

Banner