• Ana Səhifə
  • Haqqımızda
  • Vakansiyalar
  • Videolar
  • Podcast
  • Tədbirlər
F
Fondera

Ünvan: N.Nərimanov Əhməd Rəcəbli

Telefon: +994 51 698 92 05

E-poçt: office@markup.az

LinkedinFacebookinstagramYoutube

Linklər

  • Haqqımızda
  • Əlaqə
  • Çerezlərdən istifadə şərtləri
  • İstifadəçi Şərtləri
  • Məxfilik Siyasəti

Kateqoriyalar

  • Videolar
  • Podkastlar
  • Vakansiyalar

Abunəlik

Bülletenimizə abunə olun və ən yeni yeniləmələrimizi birbaşa gələnlər qutunuzda əldə edin.

© 2026, Fondera

Design by Markup Agency

Ana SəhifəStartUpTexnopark rezidentlərinə 20 illik vergi güzəştləri təsdiqlənib
StartUp

Texnopark rezidentlərinə 20 illik vergi güzəştləri təsdiqlənib

23 Oct,202639 baxış
Paylaş:
Texnopark rezidentlərinə 20 illik vergi güzəştləri təsdiqlənib

Azərbaycan Prezidentinin 22 oktyabr 2026-cı il tarixli fərmanları ilə texnologiya və innovasiya sahəsində vergi, sosial sığorta və rezidentlik qaydalarına dair genişmiqyaslı dəyişikliklər təsdiqlənib.

2027-ci il yanvarın 1-dən rezidentlik şəhadətnaməsi alan və müəyyən edilmiş meyarlara cavab verən şəxslər bu fəaliyyətdən əldə etdikləri gəlir və mənfəət, ödənilən dividend, istifadə etdikləri əmlak və torpaq üzrə vergi güzəştlərindən yararlanacaq. Güzəşt müddəti 20 ilə qədər uzadılıb.

Rezidentlərin müvafiq fəaliyyət üzrə işçilərinin əmək gəlirlərinə 20 il ərzində 0 faiz gəlir vergisi dərəcəsi tətbiq olunacaq. Yeni rezidentlərin cəlb etdiyi işçilər üzrə sosial sığorta haqqı seçimi müddəti isə 10 ildən 20 ilə qədər artırılıb.

Güzəştlər yalnız texnopark ərazisində deyil, ondan kənarda fəaliyyət göstərən rezidentlərə də şamil ediləcək. İri sahibkarlıq subyektləri üçün şərt qoyulub: ixrac göstəriciləri yerinə yetirilməli və ixracdan gələn gəlir Azərbaycandakı hesablara daxil olmalıdır.

İnnovativ məhsulun hazırlanması ilə bağlı bəzi əməliyyat xərcləri 2,5 əmsalı ilə vergiyə cəlb olunan gəlirdən çıxılacaq. Ayrıca uçot aparılan avadanlıq üzrə amortizasiya normalarına isə 2 əmsalı tətbiq ediləcək.

Startap maliyyələşməsi də dəyişikliklərə daxil edilib. Akkreditasiya olunmuş investorların startaplara qoyduğu investisiyanın bir hissəsi vergiyə cəlb edilən gəlirdən çıxıla biləcək. Kraudfandinq və venchur investisiyalarından gəlirlər üzrə 10 illik vergi güzəştləri nəzərdə tutulur.

Startapların və rezidentlərin bulud, platforma, proqram təminatı və API xidmətlərinə görə qeyri-rezidentlərə etdiyi ödənişlərə 20 illik vergi və ƏDV güzəştləri tətbiq olunacaq.

Dəyişikliklər 27 fevral 2026-cı il tarixli 953 nömrəli Sərəncamla təsdiqlənmiş 2026-2028-ci illər üçün rəqəmsal inkişafın sürətləndirilməsinə dair Fəaliyyət Planı çərçivəsində hazırlanıb.

Oxşar Məqalələr

Layihənizi və potensial razılaşma proseslərini idarə edə biləcəyiniz platforma: Pipedrive
StartUp

Layihənizi və potensial razılaşma proseslərini idarə edə biləcəyiniz platforma: Pipedrive

18 Feb,2025

Finsmart AI, ENA Venture Capital-dan 90 milyon TL dəyərində investisiya aldı
StartUp

Finsmart AI, ENA Venture Capital-dan 90 milyon TL dəyərində investisiya aldı

18 Feb,2025

DoktorRandevu: Tibb Sektorunda Rəqəmsal İnqilab Yaradan Startap
StartUp

DoktorRandevu: Tibb Sektorunda Rəqəmsal İnqilab Yaradan Startap

22 Feb,2025

Son Xəbərlər

AWS Agentic Football Cup-da 32 komandanın AI agentləri yarışıb

AWS Agentic Football Cup-da 32 komandanın AI agentləri yarışıb

02 Nov,2026

TechConnect Week 2026 Bakıda 2-7 noyabr tarixlərində keçiriləcək

TechConnect Week 2026 Bakıda 2-7 noyabr tarixlərində keçiriləcək

02 Nov,2026

Azərbaycanın startap ekosisteminin dəyəri 600 milyon dollara yaxınlaşır

Azərbaycanın startap ekosisteminin dəyəri 600 milyon dollara yaxınlaşır

02 Nov,2026

Banner