• Ana Səhifə
  • Haqqımızda
  • Vakansiyalar
  • Videolar
  • Podcast
  • Tədbirlər
F
Fondera

Ünvan: N.Nərimanov Əhməd Rəcəbli

Telefon: +994 51 698 92 05

E-poçt: office@markup.az

LinkedinFacebookinstagramYoutube

Linklər

  • Haqqımızda
  • Əlaqə
  • Çerezlərdən istifadə şərtləri
  • İstifadəçi Şərtləri
  • Məxfilik Siyasəti

Kateqoriyalar

  • Videolar
  • Podkastlar
  • Vakansiyalar

Abunəlik

Bülletenimizə abunə olun və ən yeni yeniləmələrimizi birbaşa gələnlər qutunuzda əldə edin.

© 2026, Fondera

Design by Markup Agency

Ana SəhifəStartUpTexnologiyalar parkı əsasnaməsinə süni intellekt anlayışı əlavə olunub
StartUp

Texnologiyalar parkı əsasnaməsinə süni intellekt anlayışı əlavə olunub

22 Oct,202668 baxış
Paylaş:
Texnologiyalar parkı əsasnaməsinə süni intellekt anlayışı əlavə olunub

Prezident İlham Əliyev "Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə"də dəyişiklik edən yeni fərman imzalayıb. Sənədin ilkin variantı 2014-cü il mayın 15-də təsdiq edilmişdi.

Dəyişikliklərlə əsasnaməyə bir sıra yeni anlayışlar daxil edilib. Bunların arasında "rəqəmsal texnologiya", "süni intellekt texnologiyası", "innovasiya məhsulu", "kibertəhlükəsizlik" və "bulud hesablama xidmətləri", habelə elmi tədqiqat, layihə-axtarış və təcrübə-konstruktor işləri ilə bağlı tərif var.

Sənədə görə, süni intellekt texnologiyası insan zəkası tələb edən funksiyaları — proqnozlaşdırma, təsnifatlaşdırma, nitqin və şəklin tanınması, mətn yaradılması, dil tərcüməsi və problemlərin həlli kimi əməliyyatları — yerinə yetirən alqoritmik sistem kimi müəyyən olunur.

Əsasnamədə texnoparkın qeyri-rezidenti anlayışı da dəqiqləşdirilib. İdarəedici təşkilatla, yaxud operatora məxsus obyektlər üzrə operatorla icarə müqaviləsi bağlayaraq texnopark ərazisində rezidentlərə mal, iş və xidmət təqdim edən hüquqi şəxslər və fərdi sahibkarlar bu statusa aid ediləcək.

İnfrastruktur obyektlərinin taleyi ilə bağlı qaydalar da yenilənib. İdarəetmə sazişi başa çatdıqda operatorun mülkiyyətindəki obyektlər tərəflərin razılığı və ya sazişdə göstərilən kompensasiya şərtləri əsasında idarəedici təşkilatın mülkiyyətinə keçə bilər.

Elmi tədqiqat və təcrübə-konstruktor işləri məqsədilə rezidentin öz vəsaiti hesabına qurduğu istehsal sahəsi, avadanlıq və qurğular isə rezidentin mülkiyyəti sayılır. Rezidentə və qeyri-rezidentə icarəyə verilmiş infrastrukturun yazılı razılıq olmadan üçüncü şəxslərə yenidən icarəyə verilməsinə və ya müqavilədə nəzərdə tutulmayan məqsədlərlə istifadəsinə isə yol verilmir.

Fərmana əsasən, Nazirlər Kabineti Texnologiyalar Parkının Ekspertlər Şurası haqqında əsasnaməni təsdiqləyən 2015-ci il qərarının təkmilləşdirilməsi üzrə üç ay ərzində tədbirlər görərək dövlət başçısına məlumat verməlidir.

2027-ci il yanvarın 1-dək verilmiş texnologiyalar parkı qeydiyyat şəhadətnamələri qüvvədə qalır. Həmin rezidentlər fəaliyyətlərini ilin sonunadək yeni tələblərə uyğunlaşdırmalıdırlar.

Oxşar Məqalələr

Layihənizi və potensial razılaşma proseslərini idarə edə biləcəyiniz platforma: Pipedrive
StartUp

Layihənizi və potensial razılaşma proseslərini idarə edə biləcəyiniz platforma: Pipedrive

18 Feb,2025

Finsmart AI, ENA Venture Capital-dan 90 milyon TL dəyərində investisiya aldı
StartUp

Finsmart AI, ENA Venture Capital-dan 90 milyon TL dəyərində investisiya aldı

18 Feb,2025

DoktorRandevu: Tibb Sektorunda Rəqəmsal İnqilab Yaradan Startap
StartUp

DoktorRandevu: Tibb Sektorunda Rəqəmsal İnqilab Yaradan Startap

22 Feb,2025

Son Xəbərlər

AWS Agentic Football Cup-da 32 komandanın AI agentləri yarışıb

AWS Agentic Football Cup-da 32 komandanın AI agentləri yarışıb

02 Nov,2026

TechConnect Week 2026 Bakıda 2-7 noyabr tarixlərində keçiriləcək

TechConnect Week 2026 Bakıda 2-7 noyabr tarixlərində keçiriləcək

02 Nov,2026

Azərbaycanın startap ekosisteminin dəyəri 600 milyon dollara yaxınlaşır

Azərbaycanın startap ekosisteminin dəyəri 600 milyon dollara yaxınlaşır

02 Nov,2026

Banner