• Ana Səhifə
  • Haqqımızda
  • Vakansiyalar
  • Videolar
  • Podcast
  • Tədbirlər
F
Fondera

Ünvan: N.Nərimanov Əhməd Rəcəbli

Telefon: +994 51 698 92 05

E-poçt: office@markup.az

LinkedinFacebookinstagramYoutube

Linklər

  • Haqqımızda
  • Əlaqə
  • Çerezlərdən istifadə şərtləri
  • İstifadəçi Şərtləri
  • Məxfilik Siyasəti

Kateqoriyalar

  • Videolar
  • Podkastlar
  • Vakansiyalar

Abunəlik

Bülletenimizə abunə olun və ən yeni yeniləmələrimizi birbaşa gələnlər qutunuzda əldə edin.

© 2026, Fondera

Design by Markup Agency

Ana SəhifəStartUp"Startap" şəhadətnaməsi almış KOB subyektləri
StartUp

"Startap" şəhadətnaməsi almış KOB subyektləri

23 Apr,2026177 baxış
Paylaş:
"Startap" şəhadətnaməsi almış KOB subyektləri

2026-cı ilin yanvar–mart ayları ərzində 29 mikro və kiçik sahibkar “Startap” şəhadətnaməsi almaq üçün Kiçik və Orta Biznesin İnkişafı Agentliyi-nə (KOBİA) müraciət edib. Müraciətlərə baxıldıqdan sonra Ekspertlər Şurasının qərarı ilə 16 sahibkara şəhadətnamə təqdim olunub.

Qərar Nazirlər Kabineti tərəfindən 29 yanvar 2021-ci ildə təsdiqlənmiş “Startapın müəyyən olunması meyarları”na uyğun olaraq verilib. Şəhadətnamə alan sahibkarların 10-u hüquqi, 6-sı isə fiziki şəxsdir. Onlardan 10-u Bakı şəhərində, 6-sı isə regionlarda fəaliyyət göstərir.
Seçilmiş startaplar əsasən istehsal və xidmət sahələrini əhatə edir. Layihələrin istiqamətləri sırasında e-ticarət və rəqəmsal marketinq, səhiyyə texnologiyaları, onlayn oyunların hazırlanması, turizm xidmətləri və rəqəmsal ödəniş sistemləri kimi innovativ sahələr yer alır.

Qeyd edək ki, “Startap” şəhadətnaməsi əldə edən KOB subyektləri bu statusu aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə 3 il müddətinə mənfəət və ya gəlir vergisindən azad olunurlar.

Şəhadətnamənin verilməsi və ya imtina edilməsi barədə qərar KOBİA yanında fəaliyyət göstərən Ekspertlər Şurasının rəyi əsasında qəbul edilir. 12 nəfərdən ibarət olan Şura müxtəlif dövlət qurumlarının nümayəndələri və müstəqil ekspertlərdən formalaşıb.

Mikro və kiçik sahibkarlıq subyektləri “Startap” şəhadətnaməsi əldə etmək üçün KOBİA-ya müraciət edə bilərlər.

Oxşar Məqalələr

Layihənizi və potensial razılaşma proseslərini idarə edə biləcəyiniz platforma: Pipedrive
StartUp

Layihənizi və potensial razılaşma proseslərini idarə edə biləcəyiniz platforma: Pipedrive

18 Feb,2025

Finsmart AI, ENA Venture Capital-dan 90 milyon TL dəyərində investisiya aldı
StartUp

Finsmart AI, ENA Venture Capital-dan 90 milyon TL dəyərində investisiya aldı

18 Feb,2025

DoktorRandevu: Tibb Sektorunda Rəqəmsal İnqilab Yaradan Startap
StartUp

DoktorRandevu: Tibb Sektorunda Rəqəmsal İnqilab Yaradan Startap

22 Feb,2025

Son Xəbərlər

AWS Agentic Football Cup-da 32 komandanın AI agentləri yarışıb

AWS Agentic Football Cup-da 32 komandanın AI agentləri yarışıb

02 Nov,2026

TechConnect Week 2026 Bakıda 2-7 noyabr tarixlərində keçiriləcək

TechConnect Week 2026 Bakıda 2-7 noyabr tarixlərində keçiriləcək

02 Nov,2026

Azərbaycanın startap ekosisteminin dəyəri 600 milyon dollara yaxınlaşır

Azərbaycanın startap ekosisteminin dəyəri 600 milyon dollara yaxınlaşır

02 Nov,2026

Banner