• Ana Səhifə
  • Haqqımızda
  • Vakansiyalar
  • Videolar
  • Podcast
  • Tədbirlər
F
Fondera

Ünvan: N.Nərimanov Əhməd Rəcəbli

Telefon: +994 51 698 92 05

E-poçt: office@markup.az

LinkedinFacebookinstagramYoutube

Linklər

  • Haqqımızda
  • Əlaqə
  • Çerezlərdən istifadə şərtləri
  • İstifadəçi Şərtləri
  • Məxfilik Siyasəti

Kateqoriyalar

  • Videolar
  • Podkastlar
  • Vakansiyalar

Abunəlik

Bülletenimizə abunə olun və ən yeni yeniləmələrimizi birbaşa gələnlər qutunuzda əldə edin.

© 2026, Fondera

Design by Markup Agency

Ana SəhifəDigərSəudiyyə Ərəbistanında Azərbaycan-Səudiyyə Dəyirmi Masası keçirilib
Digər

Səudiyyə Ərəbistanında Azərbaycan-Səudiyyə Dəyirmi Masası keçirilib

02 Mar,2025484 baxış
Paylaş:
Səudiyyə Ərəbistanında Azərbaycan-Səudiyyə Dəyirmi Masası keçirilib

Səudiyyə Ərəbistanının Məkkə şəhərində keçirilən “2-ci Məkkə Halal Forumu” çərçivəsində Azərbaycan və Səudiyyə Ərəbistanı arasında biznes əlaqələrinin genişləndirilməsi məqsədilə Dəyirmi Masa təşkil olunub. Tədbir Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Səudiyyə Ərəbistanının Palatalar Federasiyasının birgə təşkilatçılığı ilə baş tutub.


Dəyirmi Masada Azərbaycan tərəfindən kənd təsərrüfatı, qida, sənaye, turizm və xidmət sektorlarında fəaliyyət göstərən sahibkarlar iştirak ediblər. Tədbirdə Səudiyyə Ərəbistanının Mərkəzi Asiya ölkələri üzrə İşgüzar Şurasının sədr müavini Əli Alotaibi və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov çıxış edərək, iki ölkə arasında biznes və investisiya sahəsində əməkdaşlıq perspektivləri, KOB-lar arasında əlaqələrin genişləndirilməsi və halal sənaye sahəsində iş adamları arasında əməkdaşlığın gücləndirilməsi məsələləri barədə fikirlərini bölüşüblər.



Dəyirmi Masa çərçivəsində biznes nümayəndələri arasında “B2B” görüşlər keçirilib, sahibkarlar öz fəaliyyətləri və əməkdaşlıq imkanları barədə məlumat verib, idxal və ixrac potensialı müzakirə olunub.


Bundan əlavə, KOBİA nümayəndələri İslam Ticarət və İnkişaf Palatasının (ICCD) Baş katibi Yusif Xələvi ilə görüşərək halal sənaye və bu il Bakıda keçiriləcək AZHAB Forumuna dair fikir mübadiləsi aparıblar. Həmçinin, Nigeriyanın Ticarət, Sənaye, Mədən və Kənd Təsərrüfatı Palataları Assosiasiyasının prezidenti Jani İbrahim ilə keçirilən görüşdə institusional əməkdaşlıq və biznes əlaqələrinin təşviqi müzakirə olunub.


Bu tədbir Azərbaycan və Səudiyyə Ərəbistanı arasında iqtisadi və ticari əlaqələrin inkişafına töhfə vermək, eləcə də sahibkarlar üçün yeni əməkdaşlıq imkanları yaratmaq baxımından mühüm əhəmiyyət kəsb edir.




Mənbə: KOB

Oxşar Məqalələr

Samsung Galaxy Watch-da yuxu apnesi funksiyası üçün FDA təsdiqini alır
Digər

Samsung Galaxy Watch-da yuxu apnesi funksiyası üçün FDA təsdiqini alır

10 Feb,2024

Dünyanın ilk oyun şəhəri Play Life quruldu
Digər

Dünyanın ilk oyun şəhəri Play Life quruldu

10 Feb,2024

Uniforma Satışı: İş Yeri, Təhsil və Daha Çoxuna Uyğun Həllər
Digər

Uniforma Satışı: İş Yeri, Təhsil və Daha Çoxuna Uyğun Həllər

30 Nov,2024

Son Xəbərlər

AWS Agentic Football Cup-da 32 komandanın AI agentləri yarışıb

AWS Agentic Football Cup-da 32 komandanın AI agentləri yarışıb

02 Nov,2026

TechConnect Week 2026 Bakıda 2-7 noyabr tarixlərində keçiriləcək

TechConnect Week 2026 Bakıda 2-7 noyabr tarixlərində keçiriləcək

02 Nov,2026

Azərbaycanın startap ekosisteminin dəyəri 600 milyon dollara yaxınlaşır

Azərbaycanın startap ekosisteminin dəyəri 600 milyon dollara yaxınlaşır

02 Nov,2026

Banner