Bir neçə dəqiqədə CV hazırlamaq cvhazirla.az ilə artıq realdır!
Həyat gözlənilməz səfərlərlə doludur. Bəzən işimizlə bağlı təcili ezamiyyətə çıxmalı oluruq, bəzən isə sadəcə şəhərin səs-küyündən qaçıb bir neçə gün dincəlmək istəyirik. Belə anlarda hamımızın tək bir arzusu olur: getdiyimiz yerdə özümüzü qərib hiss etməyək, doğma bir ev abu-havası ilə qarşılaşaq.
Reallığa gələndə isə uyğun ev tapmaq, sahibi ilə razılaşmaq və şəraitin düzgünlüyünə əmin olmaq heç də həmişə asan olmur.
Burdaqal.az məhz bu yorucu prosesi sadələşdirmək üçün gəlir!
Burdaqal.az olaraq məqsədimiz bazardakı qarışıqlığı aradan qaldırmaq və hər iki tərəfin işini asanlaşdırmaq və ehtiyacına uyğun həllər təqdim etməkdir. Evini icarəyə vermək istəyən mülkiyyətçilər, ezamiyyət və ya istirahət üçün səfər edənlər burada birləşir.
Artıq "harada qalsam?" deyə düşünməyəcəksiniz, çünki cavab bəllidir: Burada qal!
Veb-saytımız tezliklə istifadənizə veriləcək. Bizi izləməyə davam edin...

