• Ana Səhifə
  • Haqqımızda
  • Vakansiyalar
  • Videolar
  • Podcast
  • Tədbirlər
F
Fondera

Ünvan: N.Nərimanov Əhməd Rəcəbli

Telefon: +994 51 698 92 05

E-poçt: office@markup.az

LinkedinFacebookinstagramYoutube

Linklər

  • Haqqımızda
  • Əlaqə
  • Çerezlərdən istifadə şərtləri
  • İstifadəçi Şərtləri
  • Məxfilik Siyasəti

Kateqoriyalar

  • Videolar
  • Podkastlar
  • Vakansiyalar

Abunəlik

Bülletenimizə abunə olun və ən yeni yeniləmələrimizi birbaşa gələnlər qutunuzda əldə edin.

© 2026, Fondera

Design by Markup Agency

Ana SəhifəStartUp“Openwave” hakatonunun qalibləri məlum oldu!
StartUp

“Openwave” hakatonunun qalibləri məlum oldu!

03 Jun,2026625 baxış
Paylaş:
“Openwave” hakatonunun qalibləri məlum oldu!
İnnovasiya və texnologiya sahəsində gənclərin potensialını üzə çıxarmağı hədəfləyən ilk “Openwave” hakatonu uğurla yekunlaşıb. İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Nərimanov Rayon İcra Hakimiyyəti və Tedspace-in birgə təşkilatçılığı ilə keçirilən layihə dövlət-vətəndaş əməkdaşlığının rəqəmsal həllər vasitəsilə inkişafına töhfə verməyi qarşısına məqsəd qoyub. 48 saat davam edən intensiv kodlaşdırma marafonunda seçilmiş 15 komanda Nərimanov rayonunun qarşılaşdığı real problemlərin həlli üçün innovativ və tətbiq oluna bilən prototiplər hazırlayıb. İştirakçılar qısa müddət ərzində həm texniki biliklərini, həm də problem həll etmə bacarıqlarını nümayiş etdirərək müxtəlif rəqəmsal həllər üzərində çalışıblar. Ümumi mükafat fondu 10 min manat təşkil edən hakatonun Qrand Final mərhələsində layihələr peşəkar münsiflər heyəti tərəfindən qiymətləndirilib. Qiymətləndirmə zamanı təqdim olunan həllərin innovativliyi, tətbiq imkanları və ictimai faydası əsas meyarlar kimi nəzərə alınıb. Nəticələrə əsasən, “Digi Solution” komandası 5 min manat mükafat qazanaraq birinci yerə layiq görülüb. İkinci yeri 3 min manat mükafatla “ExaMinds” komandası, üçüncü yeri isə 2 min manat mükafatla “Conflict” komandası tutub. Münsiflər heyətinin qərarına görə, qalib layihələr idarəetmə proseslərinin rəqəmsallaşdırılması, vətəndaş müraciətlərinin daha effektiv idarə olunması və dövlət-vətəndaş ünsiyyətinin gücləndirilməsi istiqamətində ən perspektivli həllər təqdim edib. Təşkilatçılar bildiriblər ki, “Openwave” yalnız bir yarış deyil, eyni zamanda gənc texnologiya mütəxəssisləri ilə dövlət qurumları arasında əməkdaşlıq körpüsü rolunu oynayan platformadır. Gələcəkdə də bu istiqamətdə yeni təşəbbüslərin həyata keçirilməsi planlaşdırılır.

Oxşar Məqalələr

Layihənizi və potensial razılaşma proseslərini idarə edə biləcəyiniz platforma: Pipedrive
StartUp

Layihənizi və potensial razılaşma proseslərini idarə edə biləcəyiniz platforma: Pipedrive

18 Feb,2025

Finsmart AI, ENA Venture Capital-dan 90 milyon TL dəyərində investisiya aldı
StartUp

Finsmart AI, ENA Venture Capital-dan 90 milyon TL dəyərində investisiya aldı

18 Feb,2025

DoktorRandevu: Tibb Sektorunda Rəqəmsal İnqilab Yaradan Startap
StartUp

DoktorRandevu: Tibb Sektorunda Rəqəmsal İnqilab Yaradan Startap

22 Feb,2025

Son Xəbərlər

AWS Agentic Football Cup-da 32 komandanın AI agentləri yarışıb

AWS Agentic Football Cup-da 32 komandanın AI agentləri yarışıb

02 Nov,2026

TechConnect Week 2026 Bakıda 2-7 noyabr tarixlərində keçiriləcək

TechConnect Week 2026 Bakıda 2-7 noyabr tarixlərində keçiriləcək

02 Nov,2026

Azərbaycanın startap ekosisteminin dəyəri 600 milyon dollara yaxınlaşır

Azərbaycanın startap ekosisteminin dəyəri 600 milyon dollara yaxınlaşır

02 Nov,2026

Banner