• Ana Səhifə
  • Haqqımızda
  • Vakansiyalar
  • Videolar
  • Podcast
  • Tədbirlər
F
Fondera

Ünvan: N.Nərimanov Əhməd Rəcəbli

Telefon: +994 51 698 92 05

E-poçt: office@markup.az

LinkedinFacebookinstagramYoutube

Linklər

  • Haqqımızda
  • Əlaqə
  • Çerezlərdən istifadə şərtləri
  • İstifadəçi Şərtləri
  • Məxfilik Siyasəti

Kateqoriyalar

  • Videolar
  • Podkastlar
  • Vakansiyalar

Abunəlik

Bülletenimizə abunə olun və ən yeni yeniləmələrimizi birbaşa gələnlər qutunuzda əldə edin.

© 2026, Fondera

Design by Markup Agency

Ana SəhifəStartUp“Openwave” hakatonuna start verildi : 10 min manatlıq mükafat iştirakçıları gözləyir
StartUp

“Openwave” hakatonuna start verildi : 10 min manatlıq mükafat iştirakçıları gözləyir

12 May,2026270 baxış
Paylaş:
“Openwave” hakatonuna start verildi : 10 min manatlıq mükafat iştirakçıları gözləyir

Azərbaycanda innovasiya və açıq texnologiya ekosisteminin inkişafına yönəlmiş yeni təşəbbüs – İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi tərəfindən təşkil olunan “Openwave” Açıq İnnovasiya Proqramı çərçivəsində hakaton keçiriləcək. Proqram çərçivəsində seçilmiş komandalar real problemlərə rəqəmsal həllər hazırlamaq üçün bir araya gələcək.

Layihənin ilk praktiki mərhələsi Nərimanov Rayon İcra Hakimiyyəti və Tedspace ilə tərəfdaşlıq əsasında həyata keçirilir. Təşəbbüsün əsas məqsədi gənc startaplar, texnologiya sahəsində çalışan mütəxəssislər və innovativ ideya sahiblərini vahid platformada toplamaqdır.

Hakaton çərçivəsində 15–20 peşəkar komandanın iştirakı nəzərdə tutulur. Komandalar proqramçılar, dizaynerlər və sahə ekspertlərindən formalaşaraq 48 saat ərzində fasiləsiz işləyəcək və müxtəlif problemlərə texnoloji həllər təqdim edəcəklər. Tədbirin sonunda münsiflər heyəti tərəfindən seçilən ilk 3 komanda ümumilikdə 10 000 AZN məbləğində mükafat fondu uğrunda yarışacaq.

“Openwave” yalnız yarış formatı ilə məhdudlaşmır. Proqramın əsas hədəfi müəyyən ərazilər üzrə problemlərin aşkarlanması, onların sistemli şəkildə uçotunun aparılması, prioritetləşdirilməsi və həll prosesinin monitorinqi üçün innovativ mexanizmlərin hazırlanmasıdır. Bu baxımdan hakaton iştirakçılar üçün həm texniki bacarıqlarını nümayiş etdirmək, həm də real ictimai problemlərin həllinə töhfə vermək imkanı yaradır.

Maraqlanan şəxslər və komandalar tədbirə qoşulmaq üçün qeydiyyatdan keçə bilərlər.

Oxşar Məqalələr

Layihənizi və potensial razılaşma proseslərini idarə edə biləcəyiniz platforma: Pipedrive
StartUp

Layihənizi və potensial razılaşma proseslərini idarə edə biləcəyiniz platforma: Pipedrive

18 Feb,2025

Finsmart AI, ENA Venture Capital-dan 90 milyon TL dəyərində investisiya aldı
StartUp

Finsmart AI, ENA Venture Capital-dan 90 milyon TL dəyərində investisiya aldı

18 Feb,2025

DoktorRandevu: Tibb Sektorunda Rəqəmsal İnqilab Yaradan Startap
StartUp

DoktorRandevu: Tibb Sektorunda Rəqəmsal İnqilab Yaradan Startap

22 Feb,2025

Son Xəbərlər

AWS Agentic Football Cup-da 32 komandanın AI agentləri yarışıb

AWS Agentic Football Cup-da 32 komandanın AI agentləri yarışıb

02 Nov,2026

TechConnect Week 2026 Bakıda 2-7 noyabr tarixlərində keçiriləcək

TechConnect Week 2026 Bakıda 2-7 noyabr tarixlərində keçiriləcək

02 Nov,2026

Azərbaycanın startap ekosisteminin dəyəri 600 milyon dollara yaxınlaşır

Azərbaycanın startap ekosisteminin dəyəri 600 milyon dollara yaxınlaşır

02 Nov,2026

Banner