Azərbaycanda onlayn ödənişlər üzrə lider olan Epoint rəqəmsal maliyyə sektorunda önəmli bir nailiyyətə imza ataraq Azərbaycan Respublikasının Mərkəzi Bankından fintex lisenziyası aldığını elan edib. Bu, şirkətin müştərilərinə təhlukəsiz, etibarlı və innovativ ödəniş həlləri təqdim etdiyini bir daha təsdiqləyir.
Epoint: Rəqəmsal Maliyyənin Gələcəyi
Epoint yaranandan bəri yerli və beynəlxalq bizneslər üçün asan və sürətli ödəniş həlləri təqdim edir. Müştərilərin tələbatlarını qarşılamaq və bizneslərin maliyyə rifahını yüksəltmək şirkətin başlıca missiyasıdır.
Epoint-in təqdim etdiyi ödəniş həlləri sahibkarlara effektiv, səmərəli və şəffaf çözümlər təklif edir:
✅ Cəmi 3 dəqiqədə rəqəmsal inteqrasiya və e-ticarətə qoşulma.
✅ Öz veb-saytı olmayanlar üçün ödəniş modulu ilə pulsuz açılış səhifəsi.
✅ Yerli və beynəlxalq kredit/debet kartları ilə təhlukəsiz ödəniş imkanı.
✅ 24/7 fasiləsiz ödəniş imkanı.
✅ Elektron bildirişlər, fakturalar və QR kod vasitəsilə ödənişlər.
✅ Çoxdilli interfeys: Azərbaycan, Rus və İngilis dilləri.
Epoint-in Təsisçisi: "Fintex Sektorunda Yeni Bir Mərhələ"
Epoint-in təsisçisi və direktoru Zeynal Kərimzadə, bu nailiyyəti şərhləyərək bildirir:
"Mərkəzi Bankın fintex lisenziyasını almaq, Epoint-in illər ərzində müştərilərinə etibarlı, şəffaf və keyfiyyətli maliyyə xidmətləri təqdim etdiyinin bir daha sübutudur. Biz startapdan beynəlxalq bir fintex şirkətinə çevrilməyi hədəfləyirik və müştərilərimizə daha rahat, innovativ həllər təklif etmək üçün daim işləyəcəyik."
Fondera Platformasında Epoint Haqqında
Epoint-in bu nüvbəti böyük addımı, fintex sektorunda Azərbaycanın öndə gələn oyunçularından birinə çevrildiyini göstərir. Rəqəmsal dövrdə etibarlı və innovativ ödəniş sistemlərinə ehtiyac daha da artır və Epoint bu sahədə öndə gedən şirkətlərdən biri olmaqda davam edir.
Siz də fintex sahəsindəki bu inkiaşafdan geri qalmamaq və biznesinizi yeni səviyyəyə qaldırmaq üçün Epoint-in həllərinə qoşula bilərsiniz!