Axtar

Fauna Venture Studio ilə ideyalar real biznesə çevrilir!

Fauna Venture Studio ilə ideyalar real biznesə çevrilir! main image

İdeyanı biznesə çevirmək artıq uzun və çətin proses deyil. Fauna Venture Studio Bakıda startaplar və şirkətlər üçün yeni bir yanaşma təqdim edir.
Məqsəd sadədir: ideyanı götürüb onu real, işlək biznesə çevirmək.

Fauna Venture Studio London, New York və İstanbul kimi şəhərlərdə istifadə olunan təcrübələri Bakıya gətirir. Yeni biznes qurmaq istəyənlər çox vaxt komanda, texnologiya, marketinq və planlama kimi məsələlərdə çətinlik çəkir. Fauna Venture Studio bu işlərin hamısını bir yerdə həll edir. Burada komanda yığmaqdan tutmuş, texniki işlərə, marketinqə və maliyyəyə qədər bütün mərhələlər bir sistemdə idarə olunur.

Xidmətlərə aşağıdakılar daxildir:

-Layihənin planlanması və idarə olunması

-Mobil və veb məhsulların hazırlanması

-Marketinq və reklam kampaniyaları

-Maliyyə planlaması və analizlər

-Brendin yaradılması və dizaynı

Fauna Venture Studio həm yeni startaplar, həm də mövcud şirkətlər üçün nəzərdə tutulub.

Startaplar üçün: ideyanın hazırlanması, investor təqdimatları və bazara çıxış dəstəyi

Şirkətlər üçün: biznesin rəqəmsallaşdırılması və yeni inkişaf imkanlarının yaradılması

Fauna Venture Studio sadəcə məsləhət vermir. Layihənin içində birbaşa işləyir və onu birlikdə idarə edir. Yəni komanda kimi deyil, tərəfdaş kimi hərəkət edir.

Fauna Venture Studio-nun məqsədi ideyaları daha tez və düzgün şəkildə biznesə çevirməkdir. Artıq ideyan varsa, onu reallaşdırmaq üçün bütün proses bir yerdə idarə olunur.

Əlaqə üçün:
Veb sayt: www.fauna-studio.com
E-mail:   fauna.az@fauna-studio.com
info@fauna-studio.com

  • Paylaş: