• Ana Səhifə
  • Haqqımızda
  • Vakansiyalar
  • Videolar
  • Podcast
  • Tədbirlər
F
Fondera

Ünvan: N.Nərimanov Əhməd Rəcəbli

Telefon: +994 51 698 92 05

E-poçt: office@markup.az

LinkedinFacebookinstagramYoutube

Linklər

  • Haqqımızda
  • Əlaqə
  • Çerezlərdən istifadə şərtləri
  • İstifadəçi Şərtləri
  • Məxfilik Siyasəti

Kateqoriyalar

  • Videolar
  • Podkastlar
  • Vakansiyalar

Abunəlik

Bülletenimizə abunə olun və ən yeni yeniləmələrimizi birbaşa gələnlər qutunuzda əldə edin.

© 2026, Fondera

Design by Markup Agency

Ana SəhifəStartUp“Farm2Tour” hackathonuna qeydiyyat açıldı!
StartUp

“Farm2Tour” hackathonuna qeydiyyat açıldı!

28 Apr,2026209 baxış
Paylaş:
“Farm2Tour” hackathonuna qeydiyyat açıldı!
Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Gənclər və İdman Nazirliyi, Enterprise Azərbaycan portalı, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Azmaş Lizinq MMC-nin tərəfdaşlığı və Aqrar İnkişaf Könüllüləri Təşkilatı-nın təşkilatçılığı ilə “Farm2Tour” layihəsinə qeydiyyat rəsmi olaraq açıq elan edilib.
“Farm2Tour” aqroturizm sahəsində mövcud problemlərin həllinə yönəlmiş innovativ hackathondur. Layihənin əsas məqsədi süni intellekt əsaslı rəqəmsal həllər vasitəsilə kənd təsərrüfatı və turizm sahələrini birləşdirən yeni ideyaların hazırlanmasını təşviq etməkdir.
Layihə çərçivəsində iştirakçılar əvvəlcə xüsusi təlimlərə cəlb olunacaqlar. Daha sonra isə komandalar şəklində formalaşaraq mentor dəstəyi ilə 36 saat davam edən intensiv hackathonda iştirak edəcəklər. Bu mərhələdə məqsəd aqroturizm sahəsində real problemlərə innovativ və tətbiq oluna bilən həllərin hazırlanmasıdır.
Seçilən ən uğurlu layihələr inkubasiya mərhələsinə yönləndiriləcək. Eyni zamanda startap potensialı olan ideyalar Enterprise Azərbaycan tərəfindən “Startap School 4” proqramına daxil edilərək beynəlxalq ekosistemə çıxış imkanı əldə edəcək.
“Farm2Tour” layihəsi gənclər üçün həm innovasiya, həm də aqroturizm sahəsində real biznes imkanları yaradan platforma kimi çıxış edir. Süni intellekt və rəqəmsal həllərin kənd təsərrüfatına inteqrasiyası bu təşəbbüsün əsas prioritetlərindən biridir.

Oxşar Məqalələr

Layihənizi və potensial razılaşma proseslərini idarə edə biləcəyiniz platforma: Pipedrive
StartUp

Layihənizi və potensial razılaşma proseslərini idarə edə biləcəyiniz platforma: Pipedrive

18 Feb,2025

Finsmart AI, ENA Venture Capital-dan 90 milyon TL dəyərində investisiya aldı
StartUp

Finsmart AI, ENA Venture Capital-dan 90 milyon TL dəyərində investisiya aldı

18 Feb,2025

DoktorRandevu: Tibb Sektorunda Rəqəmsal İnqilab Yaradan Startap
StartUp

DoktorRandevu: Tibb Sektorunda Rəqəmsal İnqilab Yaradan Startap

22 Feb,2025

Son Xəbərlər

AWS Agentic Football Cup-da 32 komandanın AI agentləri yarışıb

AWS Agentic Football Cup-da 32 komandanın AI agentləri yarışıb

02 Nov,2026

TechConnect Week 2026 Bakıda 2-7 noyabr tarixlərində keçiriləcək

TechConnect Week 2026 Bakıda 2-7 noyabr tarixlərində keçiriləcək

02 Nov,2026

Azərbaycanın startap ekosisteminin dəyəri 600 milyon dollara yaxınlaşır

Azərbaycanın startap ekosisteminin dəyəri 600 milyon dollara yaxınlaşır

02 Nov,2026

Banner