Axtar

Enverson AI: Şirkətlər və fərdi istifadəçilər üçün süni intellekt əsaslı dil öyrənmə platforması

Enverson AI: Şirkətlər və fərdi istifadəçilər üçün süni intellekt əsaslı dil öyrənmə platforması main image

2024-cü ildə yaradılan Enverson AI, sürətlə inkişaf edən qlobal edtech sektorunda fərqlənən innovativ startuplardan biridir. Platforma, agent əsaslı süni intellekt texnologiyası ilə həm şirkətlər, həm də fərdi istifadəçilər üçün fərdiləşdirilmiş dil öyrənmə həlləri təqdim edir.

Enverson AI-nin əsas məqsədi mütəxəssislərin sürətli və effektiv şəkildə dil öyrənməsinə kömək etmək, HR mütəxəssislərinə isə əməkdaşların inkişafını izləmək imkanı yaratmaqdır.


Məhsul və Xidmətlər

Enverson AI, ənənəvi dil öyrənmə üsullarından fərqli olaraq, çoxagentli süni intellekt mexanizmi sayəsində hər bir istifadəçi üçün şəxsi rol və şirkət dəyərlərinə uyğun tədris məzmunu hazırlayır. Platformanın əsas xüsusiyyətləri:

  • AI müəllim və interaktiv danışıq klubları

  • Qrammatika, dinləmə, oxu, yazı və nitq bacarıqlarının avtomatik analizi

  • HR üçün izləmə və hesabat paneli

  • Canlı danışıq təcrübəsi və adaptiv öyrənmə

Bu yanaşma, xüsusən qlobal şirkətlər, peşəkar mütəxəssislərdil öyrənmək istəyən fərdlər üçün ideal seçimdir.


Bazar və Rəqabət Üstünlükləri

Qlobal edtech bazarında bir çox rəqib olsa da, Enverson AI öz unikal fərqləri ilə seçilir:

  • Şirkət dəyərləri ilə inteqrasiya imkanı

  • Çoxagentli fərdiləşdirmə texnologiyası

  • AI əsaslı canlı danışıq təcrübəsi

Qısa müddətdə əldə olunan nəticələr də bunu sübut edir:

  • 3000+ aktiv istifadəçi

  • 20% aylıq böyümə

  • Microsoft for Startups, NVIDIA Inception və AWS startups tərəfindən dəstək


Komanda və Planlar

Startupın təsisçiləri – Aslan Məmmədli (CEO, AI mühəndisi), Chinara Məmmədzadə (COO, kurikulum rəhbəri), Rafiq Paşayev (PO, back-end proqramçı)Emil Məmmədov (CTO, mobil development üzrə ekspert) – həm 6 illik dil məktəbi idarəetmə təcrübəsi, həm də ML və mobil proqramlaşdırma sahəsində güclü texniki bazası ilə diqqət çəkir.

Gələcək planlara B2B müştəri portfelini artırmaq, HR sistemləri ilə daha dərin inteqrasiyalar qurmaq, yeni dilləri tədrisə əlavə etmək və ABŞ və Avropa bazarında mövqeləri gücləndirmək daxildir.

Hazırda Enverson AI, 2026-cı ildə $2M pre-seed investisiya raunduna hazırlaşır.


Təsisçidən Sitat

“Biz inanırıq ki, süni intellekt insanların öyrənmə sürətini qat-qat artıraraq iş dünyasında daha güclü və uğurlu nəsil yetişdirəcək.”
Aslan Məmmədli, CEO


Əlavə Məlumat

🌐 Veb sayt: https://enverson.com
🔗 LinkedIn: Enverson AI LinkedIn
📂 Media resursları:
Loqo və şəkillər

  • Paylaş: