eBay üzərindən dropshipping fəaliyyəti göstərən satıcılar üçün yeni texnoloji həll hazırlanıb.
Checkila adlı SaaS platforması, bu sahədə gündəlik əməliyyat yükünü azaltmaq və satış proseslərini avtomatlaşdırmaq məqsədi daşıyır.
Dropshipping modelində çalışan satıcılar üçün ən çox rast gəlinən problemlər arasında məhsulların stokdan çıxması, qiymət dəyişikliklərinə gec reaksiya verilməsi, manual listing proseslərinin vaxt aparması, yanlış fee hesablamaları və hesab risklərinin artması yer alır. Bu faktorlar həm gəlirliliyə, həm də biznesin davamlılığına birbaşa təsir göstərir.
Checkila platforması bu problemləri avtomatlaşdırılmış sistem üzərindən həll etməyə fokuslanır. Sistem real vaxt rejimində stok və qiymətləri izləyir, mənfəət qorunmaq şərti ilə avtomatik tənzimləmələr aparır və satıcıların operativ qərarvermə yükünü azaldır.
Bundan əlavə, platforma stokdan çıxan məhsulların avtomatik restock edilməsini, sürətli eBay listing yaradılmasını və əvvəlcədən dəqiq mənfəət hesablaması aparan fee calculator funksiyasını təklif edir. Checkila Analysis modulu isə məhsul seçimi və performans analizini daha sadə və effektiv şəkildə həyata keçirməyə imkan verir. Dewiso sistemi vasitəsilə isə məhsullar üçün professional təsvirlər və premium dizaynlı listing template-ləri hazırlanır.
Platforma eBay və Amazon-un rəsmi API inteqrasiyaları üzərindən fəaliyyət göstərir ki, bu da məlumatların real vaxt rejimində və daha stabil şəkildə idarə olunmasını təmin edir.
Checkila-nın əsas məqsədi e-ticarət satıcılarının əməliyyat proseslərini sadələşdirmək, insan faktorundan qaynaqlanan səhvləri minimuma endirmək və daha sabit satış performansı əldə etmələrinə dəstək verməkdir.
Sayta keçid: https://checkila.com
İnstagram səhifəsi: check.ila
Linkedin səhifəsi: Checkila

