• Ana Səhifə
  • Haqqımızda
  • Vakansiyalar
  • Videolar
  • Podcast
  • Tədbirlər
F
Fondera

Ünvan: N.Nərimanov Əhməd Rəcəbli

Telefon: +994 51 698 92 05

E-poçt: office@markup.az

LinkedinFacebookinstagramYoutube

Linklər

  • Haqqımızda
  • Əlaqə
  • Çerezlərdən istifadə şərtləri
  • İstifadəçi Şərtləri
  • Məxfilik Siyasəti

Kateqoriyalar

  • Videolar
  • Podkastlar
  • Vakansiyalar

Abunəlik

Bülletenimizə abunə olun və ən yeni yeniləmələrimizi birbaşa gələnlər qutunuzda əldə edin.

© 2026, Fondera

Design by Markup Agency

Ana SəhifəStartUpBakıda tələbələr üçün beynəlxalq hakaton keçiriləcək
StartUp

Bakıda tələbələr üçün beynəlxalq hakaton keçiriləcək

23 Apr,2026221 baxış
Paylaş:
Bakıda tələbələr üçün beynəlxalq hakaton keçiriləcək

Bakıda innovasiya və startap ekosisteminə maraq göstərən tələbələr üçün yeni imkan yaradılır. Agentliyin dəstəyi və Estoniyanın “YellowX” şirkətinin təşkilatçılığı ilə “SAGE & IDDA University Students Hackathon” adlı 3 günlük proqram keçiriləcək.

15–17 may tarixlərini əhatə edən hakaton iştirakçılara öz ideyalarını real məhsula çevirmək imkanı təqdim edir. Proqram çərçivəsində iştirakçılar real problemlər üzərində işləyəcək, komandalar formalaşdıracaq və beynəlxalq mentorların rəhbərliyi ilə ilkin məhsullarını (MVP) hazırlayacaqlar.

Tədbirin əsas üstünlüklərindən biri də iştirakçıların beynəlxalq ekspertlərlə birbaşa işləmək imkanıdır. Kaliforniya Universitetinin mütəxəssisləri Mark Searle və Elizabeth Saunders hakaton müddətində iştirakçılara mentorluq edəcək və onların ideyalarının inkişafına dəstək göstərəcəklər.

Proqramda iştirak üçün hər hansı texniki bilik və ya proqramlaşdırma təcrübəsi tələb olunmur. Təşkilatçılar bildirir ki, əsas şərt iştirakçıların ideyaya sahib olması və innovativ düşüncə ilə prosesə qoşulmasıdır.

Hakaton Azərbaycan İnnovasiya Mərkəzində (AİM), Gənclik Plaza, Atatürk prospekti 93 ünvanında keçiriləcək.

Qeydiyyat 50 nəfərlə məhdudlaşdırılıb və müraciətlər 27 aprel tarixinədək qəbul olunur.

Qeyd edək ki, bu kimi təşəbbüslər yerli startap ekosisteminin inkişafına, gənclərin innovativ layihələrə cəlb olunmasına və beynəlxalq təcrübə qazanmasına mühüm töhfə verir.

Qeydiyyat üçün link buradadır.

Oxşar Məqalələr

Layihənizi və potensial razılaşma proseslərini idarə edə biləcəyiniz platforma: Pipedrive
StartUp

Layihənizi və potensial razılaşma proseslərini idarə edə biləcəyiniz platforma: Pipedrive

18 Feb,2025

Finsmart AI, ENA Venture Capital-dan 90 milyon TL dəyərində investisiya aldı
StartUp

Finsmart AI, ENA Venture Capital-dan 90 milyon TL dəyərində investisiya aldı

18 Feb,2025

DoktorRandevu: Tibb Sektorunda Rəqəmsal İnqilab Yaradan Startap
StartUp

DoktorRandevu: Tibb Sektorunda Rəqəmsal İnqilab Yaradan Startap

22 Feb,2025

Son Xəbərlər

AWS Agentic Football Cup-da 32 komandanın AI agentləri yarışıb

AWS Agentic Football Cup-da 32 komandanın AI agentləri yarışıb

02 Nov,2026

TechConnect Week 2026 Bakıda 2-7 noyabr tarixlərində keçiriləcək

TechConnect Week 2026 Bakıda 2-7 noyabr tarixlərində keçiriləcək

02 Nov,2026

Azərbaycanın startap ekosisteminin dəyəri 600 milyon dollara yaxınlaşır

Azərbaycanın startap ekosisteminin dəyəri 600 milyon dollara yaxınlaşır

02 Nov,2026

Banner