• Ana Səhifə
  • Haqqımızda
  • Vakansiyalar
  • Videolar
  • Podcast
  • Tədbirlər
F
Fondera

Ünvan: N.Nərimanov Əhməd Rəcəbli

Telefon: +994 51 698 92 05

E-poçt: office@markup.az

LinkedinFacebookinstagramYoutube

Linklər

  • Haqqımızda
  • Əlaqə
  • Çerezlərdən istifadə şərtləri
  • İstifadəçi Şərtləri
  • Məxfilik Siyasəti

Kateqoriyalar

  • Videolar
  • Podkastlar
  • Vakansiyalar

Abunəlik

Bülletenimizə abunə olun və ən yeni yeniləmələrimizi birbaşa gələnlər qutunuzda əldə edin.

© 2026, Fondera

Design by Markup Agency

Ana SəhifəStartUpBakıda keçirilən İİB Startap Müsabiqəsinin qalibləri açıqlandı!
StartUp

Bakıda keçirilən İİB Startap Müsabiqəsinin qalibləri açıqlandı!

26 Jun,2026563 baxış
Paylaş:
Bakıda keçirilən İİB Startap Müsabiqəsinin qalibləri açıqlandı!
Bakıda keçirilən İslam İnkişaf Bankı (İİB) Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində təşkil olunan “İslam İnkişaf Bankı Qrupunun 5-ci Startaplar və İnnovasiya Təqdimat Müsabiqəsi 2026” başa çatıb və qaliblər elan olunub.

“İİB bazarlarında innovasiya, süni intellekt, maliyyə, ticarət və sahibkarlığın gücləndirilməsi” mövzusu altında keçirilən müsabiqə üzv ölkələrdən olan startapları, sahibkarları, investorları və inkişaf tərəfdaşlarını bir platformada bir araya gətirib.

Final mərhələsi iyunun 17-də Bakı Konqres Mərkəzində baş tutub. Finala vəsiqə qazanan 12 startap beynəlxalq investorlar və ekspertlər qarşısında öz layihələrini təqdim edib. Layihələr Azərbaycan tərəfdən KOBİA və 4SİM, həmçinin İİB tərəfindən formalaşdırılmış beynəlxalq münsiflər heyəti tərəfindən qiymətləndirilib.

Tədbirdə çıxış edən rəsmilər və ekosistem nümayəndələri startapların inkişafı, innovasiya ekosisteminin gücləndirilməsi və beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində fikirlərini bölüşüblər.

İyunun 18-də keçirilən mükafatlandırma mərasimində ümumilikdə 9 qalib müəyyən olunub.

Əsas mükafatçılar:

• “BioSell” – Qızıl mükafat və 5 000 ABŞ dolları
• “Bayuti” – Gümüş mükafat və 4 000 ABŞ dolları
• “Park Hub” – Bürünc mükafat və 3 000 ABŞ dolları

Xüsusi nominasiyalar üzrə qaliblər:

• Süni intellekt və rəqəmsal innovasiya – “AIRT”
• İqlim və davamlılıq – “Proedia”
• Maliyyə inklüzivliyi – “Mink Platform”
• Qadın sahibkarlığı – “Climasel”
• Sosial təsir – “Smart Sagro”
• Regional inteqrasiya – “Interconsea (Derad Network)”

Müsabiqəyə KOBİA-nın tərəfdaşlığı ilə Azərbaycandan 220-dən çox müraciət daxil olub. Seçim prosesi nəticəsində 25 startap növbəti mərhələyə keçərək müxtəlif istiqamətlər üzrə inkişaf proqramına qoşulub.

14–16 iyun tarixlərində “Bakı KOB evi”ndə təşkil olunan üç günlük Bootcamp proqramı çərçivəsində iştirakçılar təqdimat bacarıqları, biznes modellərinin təkmilləşdirilməsi, investorlarla kommunikasiya və investisiya cəlbi mövzularında intensiv təlim və mentorluq sessiyalarında iştirak ediblər.

Müsabiqənin əsas məqsədi innovativ sahibkarlığın inkişafına dəstək olmaq, perspektivli startapların investorlarla əlaqələrini genişləndirmək, beynəlxalq bazarlara çıxış imkanlarını artırmaq və Azərbaycanın innovasiya ekosisteminin qlobal əməkdaşlıq platformalarına inteqrasiyasını gücləndirməkdir.

Oxşar Məqalələr

Layihənizi və potensial razılaşma proseslərini idarə edə biləcəyiniz platforma: Pipedrive
StartUp

Layihənizi və potensial razılaşma proseslərini idarə edə biləcəyiniz platforma: Pipedrive

18 Feb,2025

Finsmart AI, ENA Venture Capital-dan 90 milyon TL dəyərində investisiya aldı
StartUp

Finsmart AI, ENA Venture Capital-dan 90 milyon TL dəyərində investisiya aldı

18 Feb,2025

DoktorRandevu: Tibb Sektorunda Rəqəmsal İnqilab Yaradan Startap
StartUp

DoktorRandevu: Tibb Sektorunda Rəqəmsal İnqilab Yaradan Startap

22 Feb,2025

Son Xəbərlər

AWS Agentic Football Cup-da 32 komandanın AI agentləri yarışıb

AWS Agentic Football Cup-da 32 komandanın AI agentləri yarışıb

02 Nov,2026

TechConnect Week 2026 Bakıda 2-7 noyabr tarixlərində keçiriləcək

TechConnect Week 2026 Bakıda 2-7 noyabr tarixlərində keçiriləcək

02 Nov,2026

Azərbaycanın startap ekosisteminin dəyəri 600 milyon dollara yaxınlaşır

Azərbaycanın startap ekosisteminin dəyəri 600 milyon dollara yaxınlaşır

02 Nov,2026

Banner