• Ana Səhifə
  • Haqqımızda
  • Vakansiyalar
  • Videolar
  • Podcast
  • Tədbirlər
F
Fondera

Ünvan: N.Nərimanov Əhməd Rəcəbli

Telefon: +994 51 698 92 05

E-poçt: office@markup.az

LinkedinFacebookinstagramYoutube

Linklər

  • Haqqımızda
  • Əlaqə
  • Çerezlərdən istifadə şərtləri
  • İstifadəçi Şərtləri
  • Məxfilik Siyasəti

Kateqoriyalar

  • Videolar
  • Podkastlar
  • Vakansiyalar

Abunəlik

Bülletenimizə abunə olun və ən yeni yeniləmələrimizi birbaşa gələnlər qutunuzda əldə edin.

© 2026, Fondera

Design by Markup Agency

Ana SəhifəStartUpAzTU tələbələrinin “ChatX” startapı KOBİA-dan “Startap” şəhadətnaməsi aldı
StartUp

AzTU tələbələrinin “ChatX” startapı KOBİA-dan “Startap” şəhadətnaməsi aldı

29 Apr,2026171 baxış
Paylaş:
AzTU tələbələrinin “ChatX” startapı KOBİA-dan “Startap” şəhadətnaməsi aldı

Azərbaycan Texniki Universitetinin (AzTU) SABAH qruplarında təhsil alan Kənan Rzayev və İnformasiya texnologiyaları və telekommunikasiya fakültəsinin tələbəsi Fərid Mustafayevin həmtəsisçisi olduqları “Tanz Technologies” MMC-nin “ChatX” startapı mühüm uğura imza atıb. Layihə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən təqdim olunan “Startap” şəhadətnaməsinə layiq görülüb.

Bu barədə məlumat AzTU tərəfindən “Azərbaycan müəllimi” nəşrinə verilib.

Məlumata görə, “ChatX” startapı süni intellekt texnologiyalarına əsaslanaraq müştəri xidmətlərini vahid platformada birləşdirən idarəetmə sistemi təqdim edir. Layihə şirkətlərin müxtəlif kommunikasiya kanallarını bir mərkəzdən idarə etməsinə, müştəri sorğularını daha sürətli və effektiv cavablandırmasına şərait yaradır.

“Startap” şəhadətnaməsinin əldə olunması “ChatX” üçün həm maliyyə, həm də inkişaf baxımından əhəmiyyətli üstünlüklər təqdim edir. Belə ki, startap bu statusu aldığı tarixdən etibarən 3 il müddətinə innovasiya fəaliyyətindən əldə etdiyi gəlirlər üzrə mənfəət və ya gəlir vergisindən azad olunur. Bu isə layihənin inkişafına daha çox resurs yönəltməyə imkan verir.

Qeyd edək ki, “ChatX” startapı daha əvvəl AzTU İnkubasiya Mərkəzinin “Startaplara dəstək” platformasının iştirakçısı olub. Bu platforma çərçivəsində layihə ilkin mərhələdə inkişaf üçün zəruri dəstək və mentorluq imkanları əldə edib.

Ekspertlər hesab edir ki, bu kimi təşəbbüslər ölkədə startap ekosisteminin inkişafına, gənclərin innovativ fəaliyyətə cəlb olunmasına və texnologiya yönümlü bizneslərin sayının artmasına müsbət təsir göstərir. “ChatX” kimi layihələrin uğuru isə yerli startapların beynəlxalq bazarlara çıxış potensialını da artırır.

Oxşar Məqalələr

Layihənizi və potensial razılaşma proseslərini idarə edə biləcəyiniz platforma: Pipedrive
StartUp

Layihənizi və potensial razılaşma proseslərini idarə edə biləcəyiniz platforma: Pipedrive

18 Feb,2025

Finsmart AI, ENA Venture Capital-dan 90 milyon TL dəyərində investisiya aldı
StartUp

Finsmart AI, ENA Venture Capital-dan 90 milyon TL dəyərində investisiya aldı

18 Feb,2025

DoktorRandevu: Tibb Sektorunda Rəqəmsal İnqilab Yaradan Startap
StartUp

DoktorRandevu: Tibb Sektorunda Rəqəmsal İnqilab Yaradan Startap

22 Feb,2025

Son Xəbərlər

AWS Agentic Football Cup-da 32 komandanın AI agentləri yarışıb

AWS Agentic Football Cup-da 32 komandanın AI agentləri yarışıb

02 Nov,2026

TechConnect Week 2026 Bakıda 2-7 noyabr tarixlərində keçiriləcək

TechConnect Week 2026 Bakıda 2-7 noyabr tarixlərində keçiriləcək

02 Nov,2026

Azərbaycanın startap ekosisteminin dəyəri 600 milyon dollara yaxınlaşır

Azərbaycanın startap ekosisteminin dəyəri 600 milyon dollara yaxınlaşır

02 Nov,2026

Banner