AldMD Technologies “USTAAR Pitch”də 100 min dollar investisiya qazandı

Səhiyyə texnologiyaları sahəsində fəaliyyət göstərən AldMD Technologies startapı növbəti uğurunu əldə edib. Şirkət üçüncü dəfə təşkil olunan “USTAAR Pitch” müsabiqəsində 100 min ABŞ dolları məbləğində SAFE investisiya qazanıb.
Valyuta.az-ın məlumatına əsasən, bu barədə startapın həmtəsisçisi Yusif Qurbanlı şəxsi LinkedIn hesabında paylaşım edib və əldə olunan investisiyanın layihənin inkişafına mühüm töhfə verəcəyini vurğulayıb.
Qeyd edək ki, AldMD Technologies 2024-cü ildə Vaqif Kazımlı tərəfindən təsis olunub. Startap səhiyyə sektorunda süni intellekt əsaslı klinik iş axını platforması hazırlayır. Bu platforma həkimlərin inzibati yükünü azaltmağı, pasiyent məlumatlarının idarə olunmasını avtomatlaşdırmağı və mövcud elektron səhiyyə sistemləri ilə inteqrasiya edərək qərarvermə prosesini daha effektiv etməyi hədəfləyir.


