• Ana Səhifə
  • Haqqımızda
  • Vakansiyalar
  • Videolar
  • Podcast
  • Tədbirlər
F
Fondera

Ünvan: N.Nərimanov Əhməd Rəcəbli

Telefon: +994 51 698 92 05

E-poçt: office@markup.az

LinkedinFacebookinstagramYoutube

Linklər

  • Haqqımızda
  • Əlaqə
  • Çerezlərdən istifadə şərtləri
  • İstifadəçi Şərtləri
  • Məxfilik Siyasəti

Kateqoriyalar

  • Videolar
  • Podkastlar
  • Vakansiyalar

Abunəlik

Bülletenimizə abunə olun və ən yeni yeniləmələrimizi birbaşa gələnlər qutunuzda əldə edin.

© 2026, Fondera

Design by Markup Agency

Ana SəhifəStartUpABİF sahibkarlara 50 min manatadək mikro kredit təklif edir
StartUp

ABİF sahibkarlara 50 min manatadək mikro kredit təklif edir

23 Oct,202676 baxış
Paylaş:
ABİF sahibkarlara 50 min manatadək mikro kredit təklif edir

Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) kiçik həcmli maliyyələşməyə ehtiyacı olan sahibkarlar üçün yeni mikro kredit məhsulunu təqdim edib. Fond İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərir.

Mikro kreditin məbləği 15 min manatdan 50 min manatadək müəyyən edilib. Kreditin müddəti 60 ayadək, güzəşt dövrü isə kredit müddətinin yarısınadək ola bilər.

Kredit məbləğinin 50 faizədək hissəsi tikinti və təmir xərclərinin maliyyələşdirilməsinə yönəldilə bilər. İllik faiz dərəcəsi əsas prioritet sahələrdə 7 faizədək, digər prioritet sahələrdə isə 8 faizədəkdir.

İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlar üçün ayrıca şərtlər nəzərdə tutulub: minimum kredit məbləği 10 min manat, illik faiz dərəcəsi isə 5 faizdir.

Fondun açıqlamasına görə, məhsulun əsas üstünlüyü investisiya və əməliyyat xərclərinin vahid kredit çərçivəsində maliyyələşdirilməsinə imkan verməsidir.

ABİF-in məhsul xətti mikro kreditlə məhdudlaşmır. Yaşıl kredit 50 min manatdan 10 milyon manatadək, 5 faizədək dərəcə ilə verilir. Əsas vəsait krediti və dövriyyə krediti də investisiya layihələrinin müxtəlif mərhələlərini əhatə edir.

İxrac, xarici investisiya və nou-hau komponenti olan iri layihələr üçün strateji layihə krediti nəzərdə tutulub. Onun məbləği 10 milyon manatdan 30 milyon manatadək, illik dərəcəsi isə 6 faizədəkdir.

Əsas əhəmiyyətli sahələr arasında qeyri-neft sənayesi, yaşıl taksonomiya, strateji kənd təsərrüfatı və strateji logistika var. Digər əhəmiyyətli sahələrə rəqəmsal inkişaf və İKT layihələri də daxildir. Sahibkar krediti əldə edərkən maksimum 1 faiz həcmində komissiya ödəyə bilər.

Oxşar Məqalələr

Layihənizi və potensial razılaşma proseslərini idarə edə biləcəyiniz platforma: Pipedrive
StartUp

Layihənizi və potensial razılaşma proseslərini idarə edə biləcəyiniz platforma: Pipedrive

18 Feb,2025

Finsmart AI, ENA Venture Capital-dan 90 milyon TL dəyərində investisiya aldı
StartUp

Finsmart AI, ENA Venture Capital-dan 90 milyon TL dəyərində investisiya aldı

18 Feb,2025

DoktorRandevu: Tibb Sektorunda Rəqəmsal İnqilab Yaradan Startap
StartUp

DoktorRandevu: Tibb Sektorunda Rəqəmsal İnqilab Yaradan Startap

22 Feb,2025

Son Xəbərlər

AWS Agentic Football Cup-da 32 komandanın AI agentləri yarışıb

AWS Agentic Football Cup-da 32 komandanın AI agentləri yarışıb

02 Nov,2026

TechConnect Week 2026 Bakıda 2-7 noyabr tarixlərində keçiriləcək

TechConnect Week 2026 Bakıda 2-7 noyabr tarixlərində keçiriləcək

02 Nov,2026

Azərbaycanın startap ekosisteminin dəyəri 600 milyon dollara yaxınlaşır

Azərbaycanın startap ekosisteminin dəyəri 600 milyon dollara yaxınlaşır

02 Nov,2026

Banner