Push30 Baku ID 2026-da süni intellektli kalori izləyicisini təqdim etdi

Sağlamlıq və fitnes platforması Push30 sentyabrın 17-18-də keçirilən “Baku ID 2026” innovasiya festivalında beş yeni funksiyasını təqdim edib. Yeniliklərin mərkəzində süni intellekt əsasında işləyən “30AI Calorie Tracker” dayanır.
Push30 fiziki aktivliyi, qidalanmanı və sağlam vərdişləri vahid ekosistemdə birləşdirən platformadır. Şirkət “Daha sağlam gələcək üçün” missiyası ilə sağlam həyat tərzini daha əlçatan etməyi hədəfləyir.
“30AI Calorie Tracker” istifadəçilərə qəbul etdikləri qidaların kalorisini süni intellekt vasitəsilə izləməyə imkan verir. Digər yeniliklər arasında məşqləri əvvəlcədən planlaşdırmaq üçün “Booking”, dostları platformaya dəvət etmək üçün “Referral”, ailə üzvlərini hesaba əlavə etmək üçün “Add Family Member” və illik abunəliyi müvəqqəti dayandırmağa imkan verən “Freeze” funksiyaları yer alır.
Festival çərçivəsində Push30 əməkdaşların sağlamlığına dəstək təşəbbüslərinə və tərəfdaşlığa verdiyi töhfəyə görə 20 təşkilatı mükafatlandırıb. Mükafatçılar arasında PAŞA Bank, SOFAZ, SOCAR, ABB, Azercell, Azerconnect, AZAL, AzerGold, Deloitte, KPMG, Mastercard, PAŞA Sığorta, Qala Sığorta və Baku Steel Company kimi şirkət və qurumlar olub.
Yeni funksiyaları və mükafat sertifikatlarını Push30-un icraçı direktoru Adil Qasımov təqdim edib.


