Süni intelekt

GPT-6 Astra 1941-ci ilin Enigma mesajını 10 saata deşifrə edib

22 Sep,202678 baxış
Paylaş:
GPT-6 Astra 1941-ci ilin Enigma mesajını 10 saata deşifrə edib

X istifadəçisi və Bloomberg tərtibatçısı Karter Leffen GPT-6 Astra-nın 1941-ci il 10 iyul tarixində Alman ordusu tərəfindən göndərildiyi bildirilən Enigma mesajını deşifrə etdiyini açıqlayıb.

Məlumata görə, Astra həmin dövrə aid Enigma parametrlərini və mesajın nüsxələrini araşdırıb, simulyator və kriptanaliz kodu hazırlayaraq 14,8 milyon mümkün açarı yoxlayıb. Nəticə iki müstəqil sistem tərəfindən də təsdiqlənib.

Deşifrə prosesində daha əvvəl həll edilmiş mesajdakı “Rosenow” yer adı əsas ipucu kimi istifadə olunub. Leffen isə prosesin tam avtonom olmadığını, əsas ipucunu və istiqaməti özü verdiyini bildirib.