KORPORATİV SATIŞ MENECERİ

37
Markup Agency — web development, UI/UX dizayn, branding, digital marketing, SMM, SEO, performance marketing, CRM/ERP və rəqəmsal məhsulların hazırlanması istiqamətində fəaliyyət göstərən rəqəmsal agentlikdir. 

 Komandamızı genişləndirir və Korporativ Satış Meneceri axtarırıq. Əgər B2B satış sahəsində təcrübəniz varsa, şirkətlərlə əlaqə qurmağı, ehtiyacları müəyyənləşdirməyi və satış prosesini nəticəyə çatdırmağı bacarırsınızsa, sizi komandamızda görmək istəyirik. 

ƏSAS VƏZİFƏLƏR 
- Yeni korporativ müştərilərin araşdırılması və cəlb edilməsi; 
- Şirkətlərin qərarverici şəxsləri ilə əlaqələrin qurulması; 
- Satış kanallarından istifadə edərək yeni əməkdaşlıqların yaradılması;
- Potensial müştərilərlə ilkin görüşlərin və təqdimatların keçirilməsi; 
- Müştərinin biznes ehtiyaclarının müəyyənləşdirilməsi; 
- Markup Agency-nin xidmətlərinin müştərinin ehtiyaclarına uyğun təqdim edilməsi; 
- Kommersiya təkliflərinin hazırlanması və təqdim edilməsi; 
- Satış danışıqlarının aparılması və müqavilənin bağlanmasına qədər prosesin idarə edilməsi; 
- Mövcud müştərilərlə əlaqələrin qorunması və əlavə satış imkanlarının yaradılması; 
- CRM sistemində müştəri və satış məlumatlarının mütəmadi yenilənməsi; 
- Bazar və rəqiblərin araşdırılması;
- Aylıq və rüblük satış hədəflərinin yerinə yetirilməsi; 
- Satış nəticələri ilə bağlı mütəmadi hesabatların hazırlanması. 

NAMİZƏDƏ TƏLƏBLƏR 
- B2B və ya korporativ satış sahəsində minimum 1 il təcrübə; 
- Güclü kommunikasiya və danışıqlar aparmaq bacarığı; 
- Satış psixologiyası və müştəri davranışlarını anlamaq; 
- Etirazlarla işləmək və satışa çevirmək bacarığı; 
- Nəticə və hədəf yönümlü düşüncə; 
- Təqdimat və inandırma bacarığı; 
- CRM və digər satış alətləri ilə işləmə bacarığı; 
- Azərbaycan dilində səlis danışıq və yazı qabiliyyəti;
-  İngilis və rus dili bilməsi üstünlükdür; 
- MS Office / Google Workspace / Trello alətləri ilə işləmə bacarığı.

ÜSTÜNLÜK VERİLƏCƏK NAMİZƏDLƏR 
 Aşağıdakı sahələrdən birində satış təcrübəsi olan namizədlərə xüsusi üstünlük veriləcək: 
- Digital marketing agentlikləri; 
- IT və software şirkətləri; 
- Web development şirkətləri; 
- Branding və kreativ agentliklər; 
- SMM və SEO agentlikləri; 
- SaaS şirkətləri; 
- Reklam və media şirkətləri; 
- Korporativ xidmətlərin satışı. 

Agentlik təcrübəsi olan namizəd üçün xidmətlərin spesifikasını bilməsi və müştərinin biznes ehtiyacını rəqəmsal həllə çevirməsi böyük üstünlükdür. 

İş rejimi: 
Tam iş günü 
İş yeri: N.Nərimanov Əhməd Rəcəbli 33 Esra Plaza 
Ofisdə İş qrafiki: Bazar ertəsi – Cümə 
İş saatları: 10:00 – 18:00 

ƏMƏK HAQQI VƏ BONUS
Namizədin təcrübəsinə uyğun olaraq müəyyən edilir. 

Əlavə olaraq: Satış nəticələrinə əsaslanan bonus sistemi; 
- Aylıq satış KPI-ları; 
- Yeni müştəri qazandırılmasına görə komissiya;
- Böyük korporativ müqavilələr üzrə əlavə bonuslar. 

Gəlir sistemi nəticə yönümlüdür — yüksək satış nəticəsi daha yüksək gəlir imkanı yaradır.

Vakansiya məlumatları

Son müraciət tarixi2026-09-15 00:00:00
KateqoriyaRabitə və İnformasiya Texnologiyaları
Şirkətmarkup solution
ÜnvanƏhməd Rəcəbli 33 Esra Plaza Blok C

Əlaqə məlumatları

E-poçtjob@markup.az
Telefon nömrəsi+994553210007
markup solution
markup solution