3 aprel tarixində SABAH.HUB-da Açıq Qapı Günü təşkil olunacaq.
Tədbir startap ekosisteminə maraq göstərən hər kəs üçün ideyalarını inkişaf etdirmək və real təcrübələrlə tanış olmaq baxımından önəmli imkan yaradır.
Açıq Qapı Günü çərçivəsində iştirakçılar SABAH.HUB tərəfindən təqdim olunan proqramlar haqqında ətraflı məlumat əldə edəcək, uğurlu startapların real hekayələrini dinləyəcək və sahə üzrə çalışan komanda üzvləri ilə birbaşa ünsiyyət qurmaq imkanı qazanacaqlar.
Tədbir həmçinin yeni tanışlıqlar və potensial əməkdaşlıqlar üçün uyğun platforma rolunu oynayacaq.
Qeyd edək ki, tədbirə maraq yüksəkdir və iştirak üçün yerlər məhduddur. Bu səbəbdən iştirak etmək istəyənlərə əvvəlcədən qeydiyyatdan keçmək tövsiyə olunur.
Qeydiyyat üçün SABAH.HUB-un rəsmi Instagram səhifəsində yerləşdirilən link vasitəsilə müraciət etmək mümkündür.

