Digər

Parla təqaüd proqramına müraciət başladı: 50 tələbə qıza aylıq təqaüd

21 Sep,202681 baxış
Paylaş:
Parla təqaüd proqramına müraciət başladı: 50 tələbə qıza aylıq təqaüd

Təhsilin İnkişafı Fondu və NEQSOL Holding-in birgə həyata keçirdiyi “Parla” təqaüd və inkişaf proqramına müraciət qəbulu başlayıb. Proqram çərçivəsində 50 tələbə qız seçiləcək. Müraciətlər oktyabrın 4-dək qəbul olunur.

Seçilən iştirakçılara aylıq 200 manat təqaüd ödəniləcək. Bundan əlavə, onlar təcrübə proqramlarına, mentorluq və təlimlərə, həmçinin NEQSOL Academy və dünyanın aparıcı universitetlərinin kurslarını təqdim edən LinkedIn Learning platformalarına çıxış əldə edəcəklər.

Proqrama müəyyən ixtisaslar üzrə akkreditasiyalı ali təhsil müəssisələrində əyani bakalavr pilləsində təhsil alan, Azərbaycan vətəndaşı olan tələbə qızlar müraciət edə bilər. Namizədlərin qəbul imtahanında ən azı 450 bal toplaması və ümumi akademik göstəricisinin 80 faizdən yuxarı olması tələb olunur.

Namizədlər həmçinin tədrisdənkənar və könüllü fəaliyyətdə fəal iştirak etməli, eləcə də ən azı bir sosial meyara — ailənin aztəminatlı olması, valideyn himayəsindən məhrum olması, valideynlərin əlilliyi və ya işsizliyi — cavab verməlidir.

Seçim üç mərhələdə aparılır: onlayn müraciət, akademik göstəricilərin qiymətləndirilməsi və namizədlərin məqsəd və vəziyyətinin öyrənildiyi müsahibə. Fondun digər təqaüd proqramlarından əvvəllər faydalanmış tələbələr müraciət edə bilməz.

Müraciətlər anket.edu.az portalı üzərindən qəbul edilir.