Digər

Azercell qadınlara dəstək layihələri üçün 7000 manatadək qrant verir

22 Sep,202666 baxış
Paylaş:
Azercell qadınlara dəstək layihələri üçün 7000 manatadək qrant verir

Azercell “Həyatı daha dolğun edirik: qadınlara dəstək 2026” sosial layihə müsabiqəsi çərçivəsində təklif qəbulunu davam etdirir. Müraciətlər sentyabrın 30-dək qəbul olunur.

Müsabiqəyə rəqəmsal həllər vasitəsilə qadınların iqtisadi və sosial imkanlarını genişləndirən layihələr təqdim oluna bilər. Həyat keyfiyyətinin yaxşılaşdırılmasına, inklüziv imkanların yaradılmasına və uzunmüddətli sosial təsirə yönəlmiş təşəbbüslərə üstünlük veriləcək.

Müsabiqədə qeyri-hökumət və qeyri-kommersiya təşkilatları iştirak edə bilər. Təkliflər Azərbaycan dilində, müraciət forması əsasında və ətraflı büdcə bölgüsü ilə təqdim olunmalıdır.

Qalib layihələrin hər birinə icra üçün 7 000 manatadək maliyyə dəstəyi ayrılacaq. Layihələr müvafiq sahələr üzrə ekspertlərdən ibarət münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Geniş auditoriyaya çatan, dayanıqlı nəticə verən layihələr üstünlük qazanacaq.

Proqram 2022-ci ildən həyata keçirilir və bu müddətdə 10 layihə dəstək alıb.