Azərbaycanlı gimnast ABŞ-də süni intellekt əsaslı startap qurur
_1785831208.webp)
ABŞ-də yaşayan 9 yaşlı azərbaycanlı bədii gimnast Yasmin Yusifli peşəkar idmanda süni intellektdən istifadəni hədəfləyən startap hazırlayır.
Platforma məşqçilərin işini asanlaşdırmaq üçün yaradılır. Sistem gimnastların fiziki göstəricilərini, texniki bacarıqlarını və yarış qaydalarını analiz edərək hər idmançı üçün fərdi çıxış proqramı hazırlamağa kömək edəcək.
Bundan əlavə, hazırlanan proqramları avtomatik yoxlayacaq, mümkün səhvləri və uyğunsuzluqları əvvəlcədən aşkar edəcək. Bu da məşqçilərə daha düzgün qərarlar verməyə və idmançıların yarışlara daha yaxşı hazırlaşmasına kömək edəcək.
Layihənin ilk işlək (MVP) versiyasının 2026-cı ilin sonuna qədər istifadəyə verilməsi planlaşdırılır. Yasmin Yusifli bildirib ki, məhsulun ilk bazarı kimi Azərbaycan seçilib.
Bu layihə süni intellektin idmanda tətbiqinə maraqlı nümunələrdən biri hesab olunur və gələcəkdə məşq prosesinin daha müasir və səmərəli idarə olunmasına töhfə verə bilər.


