StartUp

ABŞ-də yaşayan azərbaycanlı sahibkar "Flowlyst" platformasını yaradıb

06 Aug,202621 baxış
Paylaş:
ABŞ-də yaşayan azərbaycanlı sahibkar "Flowlyst" platformasını yaradıb

ABŞ-də yaşayan azərbaycanlı sahibkar Əziz Ağayev dövlət məktəblərində maliyyə rəhbəri (CFO) kimi qazandığı təcrübəni texnologiya ilə birləşdirərək süni intellekt əsaslı Flowlyst platformasını yaradıb.

Platforma təşkilatlarda büdcənin hazırlanması, idarə olunması və maliyyə proseslərinin daha səmərəli təşkil edilməsi üçün nəzərdə tutulub. Flowlyst sayəsində müxtəlif departamentlər büdcə sorğularını vahid sistem üzərindən təqdim edə bilir və bu proses daha şəffaf şəkildə idarə olunur.

Bundan əlavə, platformanın təqdim etdiyi dashboard-lar vasitəsilə rəhbərlik xərcləri, büdcənin icra vəziyyətini və maliyyə göstəricilərini real vaxt rejimində izləyə bilir. Bu da qərarvermə prosesini sürətləndirməyə və maliyyə idarəçiliyini daha effektiv həyata keçirməyə kömək edir.


Flowlyst-in yaradılması azərbaycanlı sahibkarların qlobal texnologiya ekosistemində innovativ həllər təqdim etməyə davam etdiyini göstərən növbəti nümunələrdən biri hesab olunur.